Qum fırtınası Ankaranı qaranlığa qərq etdi -
VİDEO
Ankarada qum fırtınası Polatlı və Haymana rayonlarını qaranlığa qərq edib. Toz buludu güclü küləklə müşayiət olunur. Yerli KİV bildirir ki, bir anda göy üzünü bürüyən toz buludu vətəndaşları təşvişə salıb.
Qum fırtınası Ankaranın mərkəzində də yaşanıb. Güclü küləyin havada uçurduğu əşyalar altı nəfərin yaralanmasına səbəb olub. Binaların damları uçub, ağaclar aşıb. Bəzi yerlərdə elektrik və telefon xətləri sıradan çıxıb.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: