Donald Tramp:
“Co Bayden iş qabiliyyətini yaxşılaşdıran çox təsirli preparatlar qəbul edir”
ABŞ prezidenti Donald Tramp güman edir ki, qarşıdakı prezident seçkilərində rəqibi Co Bayden
iş qabiliyyətini yaxşılaşdıran çox təsirli preparatlar qəbul edir.
Bu barədə “Fox News” bildirib.
“Mən düşünürəm ki, ola bilsin, buna narkotiklər qarışdırılıb”, – Ağ Ev rəhbəri deyib. Lakin ABŞ prezidenti
fikirləri ilə bağlı hər hansı fakt göstərməyib. Daha əvvəl Tramp “Washington Examiner”ə müsahibəsində teledebatların keçirilməsindən əvvəl Baydeni qadağan
edilmiş maddələrin istifadəsinə görə testdən keçməyi təklif edib. Tramp 2016-cı ilin prezident seçkiləri
ərəfəsində də o zamankı rəqibi Hillari Klintona qarşı belə ittihamlar irəli sürüb. Öz növbəsində H.Klinton ittihamları rədd edib.
ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.
Oxunub: 340
Xəbəri paylaş
Paylaş: