Ərdoğan Makronu sərt tənqid etdi -
Fransa mediası
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa və Yunanıstana qarşı sərt çıxışı hər iki ölkənin mətbuatında gündəm olub.
Axar az xəbər verir ki, Ərdoğanın çıxışı mediada aşağıdakı başlıqlarla verilib:
"Le Monde" nəşri - Ərdoğan Makronu təhdid etdi: "Türkiyə ilə müharibə axtarmayın"
"Le Fiqaro" nəşri - Aralıq dənizində gərginlik, Ərdoğan Makronı "Şəxsən sənə daha çox problem yaradacam" deyə xəbərdarlıq etdi
Bfm TV - Ərdoğan Makronu Türkiyə ilə müharibə aparmağa çağırdı
LCİ - Prezident Ərdoğan Emmanuel Makrona xəbərdarlıq etdi: "Türkiyəyə qarşı addımlar atmayın"
Ouest France - Türkiyə Prezidenti Ərdoğan Makronu Livanda müstəmləkəçi siyasət aparmaqla ittiham etdi
Le Telegramme - Türkiyə Prezidenti Ərdoğan Makronu "Türkiyə ilə münaqişə aparmamaq" mövzusunda xəbərdarlıq etdi.
Qeyd edək ki, ötən gün Ərdoğan çıxışında Makrona türk millətinə qarşı addımlar atmaması üçün xəbərdarlıq edib. Türkiyə lideri eyni zamanda, Yunanıstandan Aralıq dənizindəki düşmənçilik mövqeyinə son verməyi tələb edib.