Tofiq Yaqublu aclığı dayandırmayacaq –
vəkil
Elçin Sadıqov
Tofiq Yaqublu ötən şənbə günü İstintaq Təcridxanasından “City Hospital”a köçürüldükdən sonra bazar ertəsi vəkil Elçin Sadıqov onun yanına buraxılıb.
Onun sözlərinə görə, Yaqublu 13 gündür aclıq edir və hələ də reanimasiyadadır.
“T.Yaqublunun səhhəti yaxşı deyil. Uzanmışdı, çox halsız idi. Müalicə aparılmır, sadəcə su vururlar. Aclıq aksiyası keçirdiyi üçün qidalandrıcı preparatlara özü icazə vermir. Proses professor Adil Qeybullanın nəzarəti altındadır”, deyən Sadıqov əlavə edib ki, Yaqublu azad edilməsi tələbi yerinə yetirilənə qədər aclığı davam etdirəcək.
Oxunub: 312
Xəbəri paylaş
Paylaş: