Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu ötdü -
945 099 insan ölüb
“Report” xəbər verir ki, indiyədək 30 038 634 nəfərə COVID-19 diaqnozu qoyulub.
Beləliklə, son 1 ayda dünyada daha 8 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.
Qeyd edək ki, sentyabrın 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 38 658 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 36 149 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 569 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.