“Türkiyənin təhdidə boyun əyməyəcəyini anlayıblar” -
Ərdoğan
“Şərqi Aralıq dənizində legitim haqlarımızı sonunadək müdafiə edəcəyik. Həmsöhbətlərimiz təhdid dilinin işə yaramadığını, Türkiyənin şantaja, təhdidə və quldurluğa boyun əyməyəcəyini anlayıblar”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Diplomatiya masasının ön plana çıxarılması qətiyyətimizin nəticəsidir. Qarşı tərəfin uşaqtək davranışlarına baxmayaraq, biz həmişə böyük ölkə olmanın anlayışı ilə hərəkət edirik. Bundan sonra da lazım olan ciddiliyi göstərməyə davam edəcəyik”, - dövlət başçısı əlavə edib.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş: