Hizbullah Avropaya ammonium nitrat toplayır - ABŞ
Hizbullah hərəkatı bir sıra Avropa ölkələrində terror hücumu həyata keçirmək üçün ammonium nitrat ehtiyatı saxlayır.
Bunu ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatoru Natan Seyls deyib.
“Hizbullah bu silahı anbarlarına özünün və rəhbəri olan Tehranın istədiyi yerdə terror hücumu həyata keçirmək üçün toplayır. Son illər ərzində Hizbullah ammonium nitratı Belçikadan Fransaya, Yunanıstana, İtaliyaya, İspaniyaya, İsveçrəyə gətirib. Onların ammonium nitrat ehtiyatını bütün Avropada yerləşdirməyə davam edəcəkləri istisna deyil”, - deyə o bildirib./axar.az
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: