Koronavirusdan ölənlərin sayı 1 milyona yaxınlaşır
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.
Pandemiyanın hesabatını aparan "Worldometers" portalı bildirir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 30 991 301, pandemiya qurbanlarının sayı 961 461 nəfərə çatıb.
İndiyədək 22 587 826 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 62 minə yaxın pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada birinci yerdədir. Bu göstəriciyə görə sonrakı yerləri Hindistan, Braziliya, Rusiya və Peru tutur.
ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir.
Oxunub: 353
Xəbəri paylaş
Paylaş: