Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 55 hüquqşünas saxlanıldı-
Xüsusi əməliyyat
Türkiyədə hüquq-mühafizə orqanlarının FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən əməkdaşlarının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Yerli KİV bildirir ki, ölkənin 19 vilayətində paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 66 nəfərdən 55-i saxlanılıb. Onlardan 27-si vəkil, digərləri isə hələ də ölkənin hüquq fakültələrində təhsil alan şəxslərdir.
Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: