İsveçrədə 14 yeniyetməni futbol meydançasında ildırım vurdu

İsveçrədə futbol oynayan 14 yeniyetmə ildırım vurması nəticəsində xəsarət alıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Sankt-Qallen bölgəsinin polis idarəsi məlumat yayıb.
“Əldə etdiyimiz son məlumata görə, ildırım işıq dirəyini vurub və gərginlik yerə keçərək meydançaya yayılıb”, - polis idarəsinin məlumatında qeyd olunub.
Zərərçəkənlərin hamısı 15-16 yaşlı yeniyetmələrdir.
Prokurorluq insidentin təfərrüatını araşdırır.
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: