Erməni həmkarımla ciddi danışıqlar apardıq – Məmmədyarov detalları açıqladı
"Mənim ölkəmin mövqeyi dəyişməzdir. Dünən mən erməni həmkarımla 3,5 saat ərzində danışıqlar apardıq. Mən deyə bilərəm ki, bu olduqca ciddi və ağır danışıqlar oldu. Çox təəssüf ki, hələ də həll olunmamış məsələlər var", - deyə Məmmədyarov qeyd edib.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.
Çavuşoğlu münaqişənin hələ də həll olunmadığını, Azərbaycan torpaqlarının işğal altında qalmaqda davam etdiyini deyib./Sputnik/