Ali Rada deputatı:
“Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
Bunu “Report”a Ukrayna Ali Radasının deputatı, GUAM Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Marian Zablotski deyib.
O, dünya ictimaiyyətini Ermənistanın bu yaxınlarda Azərbaycanla sərhəddə törətdiyi təxribatları qınamağa çağırıb.
“Məsələn, GUAM bu ilin mart ayında Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkiləri pisləyən sərt açıqlama verdi. Həmçinin hər il GUAM məkanında həlli uzanan münaqişələrə dair qətnamə layihəsi BMT Baş Assambleyasının sessiyasında müzakirəyə çıxarılır”, - o söyləyib.