Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək -
RƏSMİ AÇIQLAMA
Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilə bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, hələki DIM-də həmin şəxslərin sayı barədə məlumat yoxdur: “Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”.
M.Abbaszadə əlavə edib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək:
“Bu həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilənlərə də şamil olunacaq. Həmin ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil universitetinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.