Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • «Arsaq» adının işlədilməsi ermənilərin tarixi aspektdə bizə qarşı informasiya hücumudur
  • “İRƏVAN ERMƏNİLƏRƏ NİYƏ GÜZƏŞTƏ GEDİLDİ?” – Professor Solmaz Rüstəmova yazır
  • "Nə üçün?.."- Deməyə sözüm var...
  • Azərbaycanda rusdilli məktəblərin bağlanması...- Təkliflərə rəsmi münasibət
  • “Ya rus olsun, ya yəhudi, azərbaycanlı olmasın...”- Keçmiş nazir müavini

    • Tarix: 26-09-2020, 10:01

    “Bu gün rusdillilərin özünü Azərbaycanın elitası sayması təhlükəli haldır...”





    “Rusdilli məktəblər bağlanmalı, ancaq ingilisdilli məktəblər də göbələk kimi çoxalmamalıdır...”

    Azərbaycanda rus dilinin tədrisinin miqyası, rusdilli məktəblərin  qalıb-qalmaması polemikası da son aylar və günlərin gündəmdə olan məsələlərindəndir. Qarabağın azadlığı üçün gözlənilən savaş müzakirəsi bu mövzunu daha da aktuallaşdırır. Çünki xalqımızın əksəriyyəti belə hesab edir ki, övladlarımız əsrlərlə torpaqlarımızı özü işğal etməsi bir yana, ermənilərə və digərlərinə peşkəş etmiş bir dövlətin dilini bu dərinlikdə mənimsəməməli, onların düşüncəsini, ruhunu da ruslaşdırmamalıyıq. Odur ki,  rusdilli məktəblərin sayı ilə də qürurlanmamalıyıq…
     
    "Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa..." 

    Moderator.az-ın mövzu ilə bağlı suallarını sovet dövründə ermənilərin və digər millət nümayəndələrinin də çoxluq təşkil etdiyi hüquq-mühafizə orqanlarında, yəni rusdilli bir mühitdə çalışmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polkovnik, eyni zamanda peşəkar jurnalist Mehman Mehmanov cavablandırıb.

    -Mehman müəllim, siz sovet dövründə, müstəqillik illərində də uzun müddət Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışmısınız. Həm də DİN-in orqanı olan “Mübariz keşikdə” qəzetində jurnalist kimi işləmisiniz. Moskvanın Azərbaycanın bütün həyati sahələri üzərində hakimlik etdiyi 1970-1980-ci illərdə  bir sıra Azərbaycan türklərini, həmçinin bu xalqın tərkib hissəsi olan kürdləri, talışları, tatları, ləzgiləri, avarları və s. belə, milli köklərindən uzaqlaşdırmış rusdilli, kosmopolit bir mühit hökm sürürdü. Lakin Azərbaycandan fərqli olaraq Gürcüstanda, Ermənistanda, eləcə də Baltikyanı respublikalarda ruslaşma prosesi bizdəki kimi dərinə işləməmişdi. Sizcə, buna əsas səbəb nə idi?

    -Sovet dövründə bir jurnalist, həm də DİN əməkdaşı olaraq şahidi oldum ki, Azərbaycanda rusdillilərin sayının artmasında ən böyük rol oynayan amillərdən  biri bəzi yüksək vəzifəlilərin ruslara, Moskvaya yarınması və öz xalqımıza üstdən aşağı baxması idi... 

    Təxminən 1989-cu ildə qulağımla eşitdim ki, adını çəkmək istəmədiyim, sonradan nazir müavini olmuş bir vəzifəli şəxs rəhbəri olduğu şöbəyə kadr axtararkən  başqa birinə deyir ki, ya rus olsun, ya yəhudi, nəsə azərbaycanlı olmasın... Məhz  belələrinin sayəsində, belə anti-milli kadr siyasətinin nəticəsində DİN-də də yad millət nümayəndələrinin sayı artmağa başlayırdı... 
    Bu cür olayları müşahidə etdikcə Vətənini, xalqını sevən bir cavan zabit,  həm də jurnalist kimi qərara gəldim ki, bu məsələyə bir əncam çəkmək lazımdır...

    -Yəqin ki, jurnalist olaraq nəsə etdiniz...

    -Bəli.  Dediyim kimi,  həmin illər müşahidə edirdim ki, bir sıra hökumət strukturlarında, o cümlədən DİN-də günəbaxan günəşə baxan kimi daim Şimala, Moskvaya baxan əməkdaşlar xeylidir. Və bunların hamısının rütbəsi vaxtlı-vaxtında artırılır, pillə-pillə vəzifələrə irəli çəkilirlər... Özü də elə bir vaxtda ki, bizim milislər könüllü olaraq cəbhəyə, qanlı döyüşlərə yollanır, bunlar isə burada kef çəkə-çəkə  kürsülərə yiyələnirlər.  Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa... 

    Diqqət edin: Amaliya Kasparova, Mandulyan, Artyom Xaçaturoviç Poqosyan, Reytabel İziya, Sukerman Laza, Yelena Kodak, Şevtsov, Vısoçenko, İqonin və s. Həmin siyahını makinada yazdırıb təqdim etdim o vaxt çox populyar olan “Azadlıq” qəzetinə...  

    İmzasız gedən məqalədə vurğulanırdı ki, təəssüf ki, DİN-də xalqımıza təkəbbürlə baxan, dinimizə, dilimizə tamamilə yabançı adamlara xüsusi qayğı göstərilir. Əsas işləri görən, cinayətkarlıqla real mübarizə aparan, səngərlərdə düşmənlə savaşan əsl azərbaycanlılar isə ən arxa cərgələrə atılır... 
    Həmin yazı o dövrdə bomba kimi partlayıb sensasiya yaratdı. Hətta o vaxt milli hissləri coşmuş xalq o məqalədə adları çəkilənlərin evlərinə hücum etmək istəyirdi. Odur ki, onların evlərinin yanında milis postları da qoyuldu...

    "DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi erməni Mandulyan idi…"

    O yad kadrların arasında ermənilər də çox idi. Təsəvvür edirsizmi, 1991-ci ilədək Azərbaycan SSR DIN-in Kadrlar İdarəsində komplektləşdirmə şöbəsinin, yəni bütün əməkdaşların təyinatında əsas rol oynayan şöbənin rəisi erməni qadın Amaliya Kasparova Qaykovna, DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi Mandulyan idi… 1985-1986-cı illərdə DİN-in nəzdində Mühafizə İdarəsinin rəis müavini Artyom Xaçaturoviç Poqosyan olmuşdu... DİN-də aşağı vəzifələrdə də, vaxtyor işində belə, ermənilər çalışırdı… Həmin Amaliya Kasparovanın əslində soyadı Kasparyan idi - bizim bəzi tamahkar, şəhvətpərəst məmurların qayğısı sayəsində Qarabağ münaqişəsi başlanandan sonra onun soyadındakı “yan” “ov”la əvəzləndi. Ona əlavə ev də verildi. Sonra da evlərini satıb sakitcə köçdü Bakıdan... 

    O vaxt çoxları məndən şübhələnməyə, adları çəkilənlər mənə çəpəki, düşmən kimi baxmağa başladı. Bunu özümün etməyim haqda təkcə  müstəqillik illərində nazir müavini olmuş rəhmətlik Zahid Dünyamalıyevə danışdım. O zaman o, əməliyyat-statistika idarəsinin rəisi işləyirdi. Kabinetinə daxil olub dedim ki, Zahid müəllim, belə bir iş etmişəm. O da mat-məəttəl baxdı mənə, ancaq başı ilə işarə etdi ki, yaxşı etmisən... 

    Artıq elə vəziyyət yarandı ki, DİN-dəki milli ruhlu azərbaycanlılar arasında da bu yadların meydan sulamasına qarşı bir etiraz baş qaldırdı. Və nəticədə DİN-dən savayı digər qurumlarımız da əsasən rusdillilərdən, ermənilərdən təmizləndi... 

    Bilirsiz, ermənilərdən savayı, digər millətlərin Azərbaycanda yaşamasının, işləməsinin əleyhinə deyiləm. Ancaq məsələ ondadır ki, “aşına-aşına ocaq başına çıxmaq” kimi olmamalı, belələri ölkədə xüsusi bir  təbəqə kimi bəslənməməlidir... Halbuki o illərdə kadrlar üzrə nazir müavini, partiya komitəsinin rəhbəri və s. mütləq qaydada rus olmalı idi. Məsələn,  Şevtsov, İqonin, ardınca Barannikov kimilər. Nazirin birinci müavini Vısoçenko idi... Məhz rəhbər orqanlardakı belə hallar  rusdilli mühitin bu gün də güclü qalmasına gətirib çıxarıb...  

    Hazırda şükür Allaha ki, digər strukturlarda olduğu kimi, DİN-də də əməkdaşların milli ruhda  çalışıb-işləməsi məsələsi rəhbərliyin diqqət mərkəzindədir... 

    -Rusiyanın özündə türkdilli və digər xalqların nümayəndələrinin öz dillərində danışmasına mənfi baxırlar. Hətta bu günlərdə Omsk şəhərində 66 yaşlı qadın marşrut taksidə tatar dilində danışdığına görə rus kişi tərəfindən döyülüb... Bizdə isə rusdilli orta məktəblərin bağlanıb-bağlanmaması hələ indi müzakirə olunur. Hələ bəziləri belə məktəblərin çoxluğu ilə qürurlanır...

    -Hesab edirəm ki, rusdilli məktəblər konkret olaraq bağlanmalıdır... Çünki həmin məktəbləri bitirən Azərbaycan övladları da yalnız rusca danışmır, həm də rusca düşünürlər. Bizim üçün ən qorxulusu, Rusiyanın imperiyapərəst dairələrinə isə çox sərf edən məhz bu haldır... Eyni zamanda rusdilli məktəblərin bağlanması ingilisdilli məktəblərin də göbələk kimi çoxalmasına gətirib çıxarmamalıdır.  Məgər Rusiyada, yaxud Britaniyada Azərbaycan dilində çoxsaylı məktəblər açılırmı?..  
     
    Bir sözlə, xalq olaraq ilk növbədə özümüz öz dilimizə, mədəniyyətimizə və s. hörmətlə yanaşmalıyıq ki, başqalarından da hörmət umaq...

    -Son dövrlərdə sanki bilavasitə  Rusiyanın şovinist siyasi dairələrinin gizli təzyiqi və təbliği, ölkəmizdəki ruspərəst dairələrin, eləcə də “5-ci kalon” deyilən daxili düşmənlərin  fəaliyyəti sayəsində  ölkəmizdə rusdilli mühit yenidən gücləndirilmək üzrədir... 

    - Bəli, nə yazıqlar olsun ki, bu gün də ölkəmizi, xüsusən Bakımızı milli ruhdan uzaqlaşdırmaq, yenidən bizə “böyük qardaşlıq” təlimatı keçmək istəyənlər xeylidir.  Sovet dövründə Azərbaycanda, xüsusən Bakıda həddən artıq ruslaşmış, kosmopolitləşmiş bir mühit vardı. O zaman şəhərdə ruslardan əlavə, ermənilər də çox idi ki, onlar da rusdilli auranın formalaşmasında böyük rol oynayırdı...
    Amma təəssüf ki,  bu gün müstəqil dövlət olduğumuz, rusların bir hissəsinin, ermənilərin də çoxunun paytaxtımızdan köçüb getməsinə rəğmən yenə də azərbaycanlılar arasında rusca ünsiyyət qurmağa meyillilik çox güclənib və o dövrdə olduğu kimi, indi də rusdilli kütlənin müəyyən hissəsi doğma Azərbaycan dilində danışan əksəriyyətə üstdən aşağı, təkəbbürlə, hətta bəzən ikrah hissi ilə baxır, onları “geridəqalmış” adlandırırlar. Sanki onlar özlərini ölkənin elitası kimi görürlər...
    Qətiyyən rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Rus dili zəngin dildir. Amma Azərbaycanlı olub, Azərbaycanda yaşayan türk, kürd, ləzgi, talış, avar və s. olub bu dili bilməni bir üstünlük, alilik kimi təqdim etmək, özün öz  doğma dilini unudaraq rus dilini bilməyənləri aşağılamağa çalışmaq çox yaramaz bir haldır və xalqın öz soykökündən uzaqlaşmasına xidmət edən bir amildir...

    "Kendimizden koptu kendi bağrımız,
    Zulüm girdabında yandı bağrımız..."

    ...1920-ci illərdə bolşevik inqilabçı Qəzənfər Musabəyovun bir anormal şüarı qəzetlərin manşetinə çıxarılmışdı: “Mı Rossii neft kaçay, Rossiya nam kultura kaçay!..” Yəni “biz Rusiyaya neft verək, Rusiya da bizə mədəniyyət versin...” Rusiya qədim bir mədəniyyətə malik, “Avesta”ya, “Dədə Qorqud”a, Nizamiyə, Füzuliyə və s. sahib bir xalqa hansı mədəniyyəti öyrətməli idi ki? Biz öz mədəni nailiyyətlərimizi, öz gözəl dilimizdə yazılan şeirləri, dastanları nədən kənara atıb yalnız özgə ədəbiyyat və mədəniyyətləri üstün sayaraq onları əxz etməliyik?.. Təəssüf ki, bir əsr keçsə də, kosmos, yüksək texnologiya, süni intellekt əsrində yaşasaq da, bəzi soydaşlarımızın öz xalqına, dilinə, mədəniyyətinə baxışı dəyişməyib....

    Bu gün də rusdillilərin özünü Azərbaycanın elitası sayması təhlükəli haldır. Bu, Qarabağın azadlığı məsələsində də bizə əngəl ola bilər. Torpaqlarımızın azadlığı uğrunda savaşa hazırlaşdığımız bir vaxtda işğalçı Ermənistanın yanında olmağına şəkk-şübhə olmayan Rusiya dövlətinin Azərbaycandakı təsirini gücləndirmək, yenidən rusdillilərə meydan vermək, övladlarımızı rusca təhsil almağa şirnikləndirmək bizi haraya aparır?..

    Biz bu saat bir xalq olaraq, dövlət olaraq taleyimizin ən kövrək, həssas vaxtlarında mütləq birdəfəlik qardaş Türkiyəyə sığınmalıyıq. Axı biz türkük, biz bir millət iki dövlətik...  

    Çıxışımı isə tanınmış Türk şairi Abdurrahim Karakoçun məşhur şeirindən bir bəndlə bitirmək istəyirəm:

    Kendimizden koptu kendi bağrımız
    Zulüm girdabında yandı bağrımız
    Hedef tahtasına döndü bağrımız
    Alevler sizdeyse közü bizdedir
    Sizdeki yaranın özü bizdedir...

    Sultan Laçın

    Oxunub: 401
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.