“Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq!”-
General-mayor Mayis Bərxudarov
Azərbaycan ordusunun hazırda Qarabağda şiddətli döyüş əməliyyatları aparan hərbi birliyinin komandanı, Milli Qəhrəman, general-mayor Mayis Bərxudarov cəbhə xəttindən bəyanatla çıxış edib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə bəyanatda deyilir:
“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir.
Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq! QƏLƏBƏ BİZİMLƏDİR!”.
Oxunub: 494
Xəbəri paylaş
Paylaş: