Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
Zelenskinin valideynləri:  “Onun PREZİDENT OLMAĞINI İSTƏMİRDİK”- FOTO
Krım QAYTARILMAYACAQ, Zelenski GÜZƏŞTƏ GETMƏLİDİR -  TRAMP
"NƏ QƏDƏR AĞILSIZ SƏSLƏNSƏ DƏ... PUTİN SAZİŞ BAĞLAMAQ İSTƏYİR"- Tramp
Press-fakt.az
    
  • Voskanyandan ETİRAF:
    Voskanyandan ETİRAF: DƏHLİZ ƏVVƏL-AXIR İŞƏ DÜŞƏCƏK
  • 
  • Dövlət Departamentində 6000-dən çox tələbənin vizası ləğv edildi
    Dövlət Departamentində 6000-dən çox tələbənin vizası ləğv edildi
  • 
  • Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək -
    Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
  • 
  • Zelenskinin valideynləri: 
    Zelenskinin valideynləri:  “Onun PREZİDENT OLMAĞINI İSTƏMİRDİK”- FOTO
  • 
  • Jurnalistlər üçün yazı müsabiqəsi ELAN EDİLDİ
    Jurnalistlər üçün yazı müsabiqəsi ELAN EDİLDİ
  • 
  • Rubio Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
    Rubio Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
  • 
  • Krım QAYTARILMAYACAQ, Zelenski GÜZƏŞTƏ GETMƏLİDİR -
    Krım QAYTARILMAYACAQ, Zelenski GÜZƏŞTƏ GETMƏLİDİR -  TRAMP
  • 
  • Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək?-
    Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək?- ADLAR
  • 
  • Fransa Azərbaycana yeni səfir təyin etdi
    Fransa Azərbaycana yeni səfir təyin etdi
  • 
  • Azərbaycana ən çox turist bu ölkələrdən gəlib -
    Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI
  • 
  • Bu əməliyyatlar da İcbari Tibbi Sığorta Zərfinə daxil ediləcək -
    Bu əməliyyatlar da İcbari Tibbi Sığorta Zərfinə daxil ediləcək - SİYAHI
  • 
  • 30 ukraynalı uşaq Azərbaycana əmanət edildi
    30 ukraynalı uşaq Azərbaycana əmanət edildi
  • 
  • Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək
    Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək
  • 
  • İran və Ermənistan prezidentləri nələri müzakirə etdi?
    İran və Ermənistan prezidentləri nələri müzakirə etdi?
  • 
  • Tramp Avropa liderlərini belə qəbul etdi - 
    Tramp Avropa liderlərini belə qəbul etdi -  Fotolar böyük REZONANS DOĞURDU
  • 
  • Məmməd İsmayıl VƏFAT ETDİ -
    Məmməd İsmayıl VƏFAT ETDİ - Əsrik kəndində dəfn ediləcək
  • 
  • Rusiya atəşkəs təklifini RƏDD ETDİ –
    Rusiya atəşkəs təklifini RƏDD ETDİ – Ukraynada müharibə daha da ALOVLANACAQ...
  • 
  • ABŞ-dan UKRAYNAYA 100 MILYARDLIQ SILAH - 
    ABŞ-dan UKRAYNAYA 100 MILYARDLIQ SILAH -  Avropa təhlükəsizlik zəmanəti üçün almağa hazırdı
  • 
  • Rusiyanın SOCAR-a zərbəsinin qisası alındı -
    Rusiyanın SOCAR-a zərbəsinin qisası alındı - Əməliyyat
  • 
  • "Narahatlığımız tamamilə aradan qaldırılmalıdır"-
    "Narahatlığımız tamamilə aradan qaldırılmalıdır"- Pezeşkian
  • 
  • Azərbaycanda bu tarixdən əhaliyə
    Azərbaycanda bu tarixdən əhaliyə dərmanlar PULSUZ VERİLƏCƏK
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • “BİZ ÇƏTİN VAXTLARDA BİR-BİRİMİZƏ DAYAQ DURMUŞUQ” – Prezident İlham Əliyevlə Zelenskinin bəyanatları (FOTOLAR)
  • Yeni milli təhlükəsizlik strategiyası Konqresə təqdim edilib - ABŞ RESPUBLİKAÇILARI ÇİN, RUSİYA VƏ İRANI HƏDƏFƏ GÖTÜRÜRLƏR /Tam mətn
  • PREZİDENT NAZİRİ QƏBUL ETDİ, MƏMURLARI HƏDƏLƏDİ: "Ən vacibi odur ki, get təmiz işlə, rüşvət alma..."
  • "ƏGƏR BEYNƏLXALQ İCTİMAİYYƏT ONLARI DAYANDIRMASA... - İlham Əliyev

    • Tarix: 29-09-2020, 12:06



    "Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir".
    Bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.

    Dövlət başçısı vurğulayıb ki, bu, qardaşlığın əsl nümayişidir:
    "Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir.
    Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur.
    Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı.

    Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxanlanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi.
    Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb.
    Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir.
    Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər.
    Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq.
    Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır.
    Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. 
    Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur. 
    Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. 
    Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O, göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Sonra o deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir.

    Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək".

    Oxunub: 272
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      20-08-2025
      01:15 | Voskanyandan ETİRAF: DƏHLİZ ƏVVƏL-AXIR İŞƏ DÜŞƏCƏK
      01:11 | Dövlət Departamentində 6000-dən çox tələbənin vizası ləğv edildi
      01:10 | Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
      00:30 | Zelenskinin valideynləri:  “Onun PREZİDENT OLMAĞINI İSTƏMİRDİK”- FOTO
      00:25 | Jurnalistlər üçün yazı müsabiqəsi ELAN EDİLDİ
      00:20 | Rubio Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
      00:15 | Krım QAYTARILMAYACAQ, Zelenski GÜZƏŞTƏ GETMƏLİDİR -  TRAMP
      00:10 | Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək?- ADLAR
      00:05 | Tarif Şurası qazın qiyməti ilə bağlı QƏRAR VERƏCƏK
      00:00 | Fransa Azərbaycana yeni səfir təyin etdi
      19-08-2025
      23:15 | Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI
      23:10 | Bu əməliyyatlar da İcbari Tibbi Sığorta Zərfinə daxil ediləcək - SİYAHI
      23:02 | 30 ukraynalı uşaq Azərbaycana əmanət edildi
      22:50 | Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək
      22:45 | İran və Ermənistan prezidentləri nələri müzakirə etdi?
      22:40 | Kərə yağının qiymətində kəskin artım olub - Dövlət Statistika Komitəsi
      22:30 | Tramp Avropa liderlərini belə qəbul etdi -  Fotolar böyük REZONANS DOĞURDU
      22:23 | Son 22 ildə ilk: Türkiyə NATO sammitinə ev sahibliyi edəcək
      19:10 | Məmməd İsmayıl VƏFAT ETDİ - Əsrik kəndində dəfn ediləcək
      19:05 | Rusiya atəşkəs təklifini RƏDD ETDİ – Ukraynada müharibə daha da ALOVLANACAQ...
      16:15 | "Ukrayna KRIMI RUSİYAYA VERMƏLİ, NATO-ya qoşulmamağa..."- Trampdan şok
      15:15 | ABŞ-dan UKRAYNAYA 100 MILYARDLIQ SILAH -  Avropa təhlükəsizlik zəmanəti üçün almağa hazırdı
      15:10 | Rusiyanın SOCAR-a zərbəsinin qisası alındı - Əməliyyat
      15:05 | "Narahatlığımız tamamilə aradan qaldırılmalıdır"- Pezeşkian
      15:00 | Azərbaycanda bu tarixdən əhaliyə dərmanlar PULSUZ VERİLƏCƏK
      14:55 | Həbsxanadan mesaj var: İmamoğlu Yavaşı prezidentliyə namizəd göstərdi
      14:40 | PUTİN-ZELENSKİ GÖRÜŞÜ: OLA DA BİLƏR, OLMAYA DA - Zelenski hazırdır, Putinin “cəsarəti” isə sual altındadır
      14:35 | “Azyaşlı qızların belə davranışı qəbuledilməzdir”-  Dövlət Komitəsi
      14:33 | Ukrayna şərhərlərinə kütləvi hücum -  Rusiya 270 dron və raketlərlə zərbə endirdi
      14:30 | İlham Əliyev Cared Koheni qəbul etdi -  FOTO
      14:25 | İran və Ermənistan arasında 10 memorandum imzalanıb
      14:22 | RUSİYADA AZƏRBAYCANLI “OVU” GÜCLƏNİR -  Tanınmış iş adamını Navalnıya necə “calayıblar”?
      14:15 | Ağ Evdə yayılan foto qalmaqal yaratdı -  Ukrayna rəsmiləri həqiqəti açıqladı
      11:41 | Putin-Zelenski görüşünün vaxtı ELAN EDİLDİ
      11:35 | Səudiyyəli turistlərin qalmaqalı: Azərbaycana nə qədər ərəb gəlib? - STATİSTİKA
      11:33 | Emin Ağalarov Cennifer Lopezi Bakıya gətirir
      11:30 | “Ukraynada SOCAR-ı vururlar, SİLAH MARŞRUTLARINI YOX...”- “Bu, absurdlar teatrıdır”
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:20 | “Zelenski-Tramp görüşü gözləniləndən yaxşı keçdi”-  "ABŞ Ukraynaya təhlükəsizlik təminatı verəcək..."
      11:17 | Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
      11:15 | Yekaterinburqda Ermənistanın konsulluğu bağlanıb
      00:50 | "NƏ QƏDƏR AĞILSIZ SƏSLƏNSƏ DƏ... PUTİN SAZİŞ BAĞLAMAQ İSTƏYİR"- Tramp
      00:45 | Zelenski Putin və Trampla ƏRAZİ məsələlərini müzakirəyə HAZIRDIR
      00:35 | Voronejdəki ən böyük bazarın sahibi, azərbaycanlı iş adamı HƏBS EDİLDİ
      00:30 | Tramp görüşdə Azərbaycan və Ermənistanı XATIRLADI:  “Möhtəşəm ölkələr…”
      00:25 | Rusiyadan növbəti HİTLERİZM: Diaspor rəhbəri vətəndaşlıqdan MƏHRUM EDİLDİ
      00:20 | "Putin və Zelenski dil tapa biləcəklər"- Tramp
      00:15 | Rusiya ordusu Donetsk vilayətinə hücum edib -  Ölənlər və yaralananlar var
      00:10 | Tramp Avropa liderləri ilə görüş keçirdi -  FOTO
      00:05 | Oval kabinetdə Ukraynanın 1992-2013-cü illərdəki xəritəsi qoyulub -  Görüşdən əvvəl
      00:00 | TRAMPIN AĞ EVDƏ ZELENSKİ İLƏ GÖRÜŞÜ BAŞA ÇATDI -  ABŞ Prezidenti açıqlama verir /CANLI YAYIM
      18-08-2025
      22:30 | "Qarabağa qayıdışı real hesab etmirəm"- "Xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin”
      22:00 | RUSİYA UKRAYNANIN NƏ QƏDƏR ƏRAZİSİNİ İŞĞAL EDİB? -  XƏRİTƏ
      21:45 | Avropa liderləri Ağ Evə gəlməyə başlayıblar -  FOTO
      21:41 | Tramp-Zelenski Görüşü başladı - CANLI YAYIM
      20:15 | “İlin gənc müəllimi - 2024”: Qaliblərin SİYAHISI /FOTO
      20:00 | Paşinyan anklavlarla bağlı suala belə cavab verdi: "Burada yeni sülh məntiqi işləyir..."
      19:21 | “RUSİYAYA CAVAB VERMƏK LAZIMDIR!”- “Bu silahları Ukraynaya sata bilərik...”
      19:15 | Şəhidlərə hörmətsizlik edən əcnəbilər barədə həbs qətimkan tədbiri seçildi 
      19:10 | Paşinyan Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb
      19:00 | Taliban İrana Britaniya üçün işləyən agentlərin siyahısını verib
      18:55 | "6 ayda 6 müharibəni sonlandırmışam..."-  Tramp
      18:45 | “RUSİYA ARTIQ UDUZUB...”- "Azərbaycanı hədələmək yalnız panikanın göstəricisidir”
      18:35 | Bağça müdiri vəzifəsinə sənəd qəbulu başladı
      18:30 | Slovakiyanın AZƏRBAYCALI SƏFİRİ İlham Əliyevin qəbulunda
      18:10 | İran Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı təminat alıb - RƏSMİ
      18:00 | Erməni kilsəsi yenə təxribatçı rolda: I Aram Vaşinqton razılaşmasını hədəfə aldı
      17:55 | Çindən Ukrayna müharibəsinin uzanması üçün SENSASİON ADDIM - Gizli plan İFŞA OLDU
      17:30 | Ukrayna ordusu iki həftəyə 6 kəndi azad etdi
      17:23 | Bakının rayonları üzrə iyulda torpaq qiymətləri necə dəyişib? - CƏDVƏL
      17:20 | “Rəqsanə 520 min DOLLARA GÖRƏ TUTULMAYIB…”- Vəkili yeni detalları açdı
      17:15 | "Azərbaycan qazının idxalını davam etdirə bilərik"-  Ukraynanın energetika naziri
      17:10 | BAHALI UNİVERSİTETLƏRİMİZ - İllik təhsil haqqı nə qədərdir? /SİYAHI
      17:05 | İlham Əliyev İsrailin yeni səfirinin etimadnaməsini qəbul edib
      17:00 | Azərbaycanda daha 73 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
      16:55 | Gəncəyə YENİ HƏRBİ PROKUROR təyin olundu
      16:50 | Müdafiə Nazirliyi məlumat yaydı -  "Təşvişə düşməyin"
      16:45 | Nazir regional rəisi yüksək vəzifəyə TƏYİN ETDİ -  GENERALIN oğluna da VƏZİFƏ VERDİ /FOTO
      16:40 | Şəhidlər xiyabanında qeyri-etik davranış sərgiləyən turistlər saxlanıldı - Cinayət işi açıldı
      16:35 | Macarıstan Rusiyadan neft tədarükünü dayandırdı - Nazir Ukraynanı ittiham edir
      16:30 | Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 24 % artırıb
      16:25 | İran Prezidenti Ermənistana rəsmi səfər edib
      16:20 | ETİMAD İSMAYILOVUN QATİLİ AZADLIQDA?- Azərbaycana gəldiyi bildirilir...
      16:17 | "Ərdoğan bir həmlə ilə İranı kənarda qoydu"- Xarici KİV
      16:15 | Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlu ilə bağlı qərar verildi
      00:30 | Dünyanın YEDDİ LİDERİ Zelenski ilə ABŞ-a GEDİR - “Sky News”
      00:25 | Ərdoğan yaxın günlərdə İrana səfər edəcək
      00:20 | Qarabağ bu XƏRİTƏLƏR əsasında BƏRPA EDİLİR - VİDEO
      00:15 | Ukrayna ordusu Kurska güclü zərbə endirib - Rus general ağır yaralanıb
      00:10 | Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşüb
      00:05 | Hansı rayonda nə qədər yeni iş yeri açılıb? -  Tam siyahı
      00:00 | "Biz Cənubi Qafqazda xarici qüvvələrin iştirakını faydalı hesab etmirik"-  İrandan Ermənistana xəbərdarlıq
      17-08-2025
      19:45 | "Bloger-jurnalist" İlhami Nəsibov şantaja görə həbs edildi
      19:30 | ABŞ-dan AÇIQLAMA: Rusiya 5 BÖLGƏNİ GÜZƏŞTƏ GETDİ - Hər şey Kiyevdən asılıdır
      19:15 | İsrail bütün girovlar müqabilində razılaşmaya hazırdır, amma... bir neçə şərtlə
      19:00 | Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı 411 min 649 nəfərə çatıb
      18:00 | AVROPANIN MÜSƏLMAN QORXUSU: Ayrı-seçkilik, nifrət nitqi, fiziki zorakılıq
      17:45 | Bu ölkə bir neçə ilə tamamilə yox olacaq - Dünya xəritəsi DƏYİŞƏCƏK
      17:10 | PUTİNİN İSTƏDİYİ DONBAS - haradır, neçə kv.kilometr ərazidir?
      16:45 | Türkiyədə dələduzların evindən elə şeylər çıxdı ki...- Polislər heyrətə gəldi
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.