ATƏT-in Daimi Şurası toplanacaq - Qarabağdakı vəziyyət müzakirə olunacaq

ATƏT-in Daimi Şurasının Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin vəziyyətlə bağlı bu gün xüsusi iclası keçiriləcək.
APA-nın xəbərinə görə, iclasda Dağlıq Qarabağ münaqişəsi kontekstində son vəziyyət müzakirə olunacaq.
İclasda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək və o, Daimi Şuranı son vəziyyətlə bağlı məlumatlandıracaq.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: