Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • İrəvan müharibə çağırışı edir, Azərbaycan XİN-i isə... işğalçının başını tumarlayır!
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Sergey Lavrov ermənilərin arasına didişmə salıb – BİR AÇIQLAMANIN İRƏVANDA ƏKS-SƏDASI
  • QARABAĞA DAİR “LAVROV PLANI”NIN DETALLARI ÜZƏ ÇIXDI - Rusiya nə istəyirmiş və plan niyə baş tutmayıb?
  • “RF-nin Qarabağ prosesi-2020-də fəallığı uğura gətirib çıxarmayacaq”- Denis Korkordinov

    • Tarix: 13-06-2020, 11:37



    Bu ilin yazında RF xarici işlər naziri Sergey Lavrov azərbaycanlı jurnalistin sualına cavab verərkən Qarabağ münaqişəsinin mərhələli həlli variantına ətraflı toxunduğu bir vaxtda Bakı və Yerevanda Moskvanı Qarabağ probleminin sülh yolu ilə həllində qeyri-obyektivliyinə və diplomatik səylərinin səmərəsizliyinə görə yenidən tənqid edirlər.
    Bu, niyə baş verir, V. Putinin Qarabağ nizamlanmasına dair yeni planı varmı?
    Bununla bağlı "Turan" Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin prezidenti Denis Korkordinov (Ulyanovsk (RF) ilə söhbət edib.


    - 2020-ci ildə Moskva Qarabağ kontekstində Azərbaycan və Ermənistana nə təklif edir?

    - Moskva növbəti dəfə Ermənistana və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli mexanizmini təklif etməyə çalışır. Bu mexanizm altı bənddən ibarət Azərbaycan formulunu nəzərə alaraq, Madrid prinsiplərinə ciddi riayət olunmasını nəzərdə tutur. Bu prosesin başlanğıcı hələ 1997-ci ildə, KTMT-nin fəal vasitəçiliyilə Ermənistan prezidentinin istefaya getməyə məcbur olduğu vaxtda qoyulmuşdu.

    Danışıqların bu raundunun özəlliyi ondan ibarətdir ki, Yerevan öz qoşunlarını Dağlıq Qarabağ ərazisinin təxminən yarısından çıxarmalı, münaqişə zonasına sülhməramlı kontingent daxil etməli və Qarabağ əhalisinin ya Ermənistanın, ya da Azərbaycanın tərkibində, ya da qarşıdurmanın bütün tərəflərinin müstəqilliyinə əməl olunmaqla gələcək statusunun müəyyən edilməsi məqsədilə referendum təşkil etməlidir.

    Lakin təklif olunan fəaliyyət proqramının indiyə qədər heç bir konkretliyə malik olmadığını nəzərə alaraq, hər hansı bir dönüş həll gözləməyə dəyməz. Nəticədə münaqişənin məzmunu çətin ki əhəmiyyətli dərəcədə dəyişsin.

    Madrid prinsipləri hələ 2011-ci ilin iyununda öz aktuallığını tam itirib, o zaman Yerevan və Bakı konsensus şərtlərini dəqiq müəyyənləşdirə bilmədilər ki, bu da cəbhə xəttində növbəti eskalasiyaya səbəb oldu. Sonradan 2016-cı ilin aprelində “dördgünlük müharibə” nəticəsində danışıqlar prosesində müəyyən irəliləyişlər baş verdi. O zaman militarist ritorikaya tələb olmadı və bu da regional təhlükəsizlik və sabitlik tələblərini ön plana çıxardı.
    Daha sonra Vyana və Sankt-Peterburqda danışıqların raundları başlandı və İlham Əliyevlə Serj Sarqsyan ATƏT-in himayəsi altında atəşkəs rejiminin pozulmasının araşdırılması üçün vahid mexanizm hazırlamağa razılıq verdilər.

    Bununla belə, cəbhə xəttində ciddi dəyişikliklər baş vermədi. Buna baxmayaraq, Moskva yenidən Bakı və Yerevanı ümumi danışıqlar masası arxasına əyləşdirməyə cəhd göstərdi. Əsasən 21 aprel 2020-ci ildə Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov bildirdi ki, Azərbaycan prezidentinə və Ermənistanın baş nazirinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair layihə göndərib.

    Lakin Sergey Lavrov bu layihənin məzmununu dəqiqləşdirməyib, ancaq ekspertlər belə qənaətə gəlirlər ki, sənəd hələ 2004-cü ildə tərəflərə təklif edilmiş müddəalardan ibarətdir. Söhbət ilk növbədə, Qarabağa bitişik yeddi rayonun azad edilməsindən və qondarma respublikanın statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsindən gedir.

    Bitmək bilməyən münaqişənin mühüm aspekti odur ki, Ermənistan mahiyyətcə nəinki təkcə Dağlıq Qarabağa, həm də ona bitişik Azərbaycan rayonlarına nəzarət edir ki, bu da Azərbaycan ərazisinin təxminən 20 faizini təşkil edir. Məhz bu rayonların statusu Bakı və Yerevan arasında əsas maneədir. İşlərin bu cür vəziyyəti 2016-cı ilin aprelində “dördgünlük müharibə” nin əsas motivlərindən biri oldu.

    - Ermənistan öz maraqlarının qonşu İİR və digər ölkələr tərəfindən  müdafiə olunacağına ümid edir.

    - Ayətolla rejimi İsrail və Səudiyyə Ərəbistanı ilə münaqişəyə cəlb edildiyindən İran Dağlıq Qarabağda böyük fəallıq göstərmək iqtidarında deyil. Üstəlik, ABŞ-ın Tehrana sistematik təzyiqi onun Cənubi Qafqaza insan və maddi resurslarını yönəltməsinə imkan vermir. Belə ki, Cənubi Qafqazda vəziyyət son dərəcə qeyri-sabitdir və yaxın gələcəkdə tərəflərdən heç birinin qeyd-şərtsiz qələbəsinə gətirib çıxarmayacaq.

    Bununla əlaqədar Dağlıq Qarabağda Ermənistan və Azərbaycanla yanaşı, Rusiya və Türkiyə də əsas rol oynaya bilər. Lakin burada Cənubi Qafqazın Suriya ilə analogiya üzrə Rusiya-Türkiyə yaxınlaşması üçün fundament ola biləcəyini demək çətindir. İndiki halda əgər Bakı və Yerevan arasında münaqişə irimiqyaslı müharibə mərhələsinə keçərsə, vəziyyət Rusiya və Türkiyənin diametral olaraq əks tərəflər olduğu Liviya ssenarisini xatırlada bilər.

    Ermənistanla Azərbaycan arasında qarşıdurmanın fərqləndirici cəhəti ona xarici oyunçuların - Rusiya, ABŞ və Avropa İttifaqının fəal cəlb olunmasıdır. Bununla yanaşı, onların siyasəti ciddi qınaqlara səbəb olur.
    Belə ki, Moskvaya qarşı əsas iddialar ondan ibarətdir ki, o, həm Bakını, həm də Yerevanı eyni dərəcədə dəstəkləyir, Vaşinqton Dağlıq Qarabağa sülhməramlı kontingent yeritməyə tələsmir, Avropa İttifaqı isə münaqişənin bütün tərəflərindən uzaqlaşıb.
    Buna baxmayaraq, COVİD-19 pandemiyası güman ki, Ermənistan-Azərbaycan mübahisəsini yenidən gündəmə gətirir və hərbi əməliyyatların eskalasiyasının yeni mərhələsi üçün zəmin yaradır.

    Xarici oyunçulara bir qayda olaraq, Bakı və Yerevan arasında münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq sərf edir. Bu, bir tərəfdən, Moskvanın Ankara və Tehranın Cənubi və Şimali Qafqaza təsirini zəiflətmək istəyindən irəli gəlir, digər tərəfdən isə Dağlıq Qarabağın “xırda pul” kimi təqdim olunacağı beynəlxalq hərrac üçün perspektiv yaradır. Üstəlik, Vaşinqton və Brüssel Qafqaz regionunun işlərinə fəal müdaxilə etməyə hazır deyil və anlayırlar ki, bu cür müdaxilə onların beynəlxalq arenada mövqelərini xeyli zəiflədəcək, həmçinin münaqişədə İran, Türkiyə və Rusiyanın iştirakı təhlükəsi yarada bilər.

    Hazırda regional oyunçular bir qayda olaraq, Qarabağda ümumi xəttə - Ermənistanla Azərbaycan arasında birbaşa toqquşmaların minimuma endirilməsinə tərəfdardır ki, bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətinin ciddi cəlb olunmasını istisna edir, belə ki, münaqişənin eskalasiyası halında Ermənistanın hərbi hücumdan müdafiəsi barədə qərar qəbul edə bilər. 

    Son zamanlar Moskvanın münaqişə zonasına sülhməramlı kontingentin göndərilməsinə razılıq verməsi ilə bağlı fikirlər yaranıb. O, Qarabağ təhlükəsizlik qüvvələri çıxarılandan sonra əraziyə nəzarət edəcək. Bu, Rusiyaya Cənubi Qafqazda əlavə təsir vasitələri əldə etməyə və regionda daimi hərbi iştirakı təmin etməyə imkan verərdi. Bu arada sülhməramlıların yerləşdirilməsi riski ondan ibarətdir ki, onlar nəinki münaqişənin neytrallaşdırılmasına xidmət etmir, həm də eskalasiya üçün əlavə səbəb yaradacaqlar.
    Üstəlik, indi Rusiya Suriya və Liviya ilə məşğuldur. Bu səbəbdən onun üçün yeni gərginlik ocağında fəal iştirak etmək həddindən artıq yükdür.

    - Nikol Paşinyanın siyasətə gəlməsi prosesdə nəyi dəyişdi?

    - 2018-ci ildə “məxməri inqilab” nəticəsində Ermənistanda siyasi liderin dəyişməsi rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə münasibətinin əsaslı şəkildə yenidən qurulmasına gətirib çıxardı.

    Məsələ bundadır ki, Nikol Paşinyanın “Qarabağ klanı” ilə əlaqələri çox zəifdir. Bu səbəbdən münaqişə mövzusu onun üçün ikinci dərəcəlidir. Bu arada Ermənistan hökumətinin yeni seçilmiş rəhbəri başa düşür ki, Dağlıq Qarabağın statusunun dəyişdirilməsi onun ölkə daxilində hakimiyyətinin itirilməsinə gətirib çıxara bilər, çünki Qarabağ mövzusu əvvəlkitək Ermənistanın milli ideologiyasının sistemyaradan elementini təşkil edir.

    Danışıqlar üçün yeni imkanlar pəncərəsi 29 mart 2019-cu ildə Vyanada açıldı. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq sammit çərçivəsində Dağlıq Qarabağın statusu və münaqişənin həlli yollarına dair açıq diskussiya təşkil etdilər. Azərbaycan lideri əgər Yerevan analoji addımlar atarsa, qoşunların cəbhə xəttindən çəkiləcəyinə zəmanət verdi.

    Dialoq qurmaq üçün növbəti cəhd 15 fevral 2020-ci ildə Münxendə kollektiv təhlükəsizlik üzrə konfransı zamanı olub. Münaqişə tərəfləri qondarma respublikanın rəhbərliyini danışıqlar prosesində iştiraka cəlb etməyə razılaşıblar.

    Lakin 14 aprel 2020-ci ildə sərt xətt tərəfdarı və Nikol Paşinyanın namizədi Araik Arutyunyan Dağlıq Qarabağ administrasiyasına rəhbərlik etdikdən sonra imkanlar pəncərəsi qapandı.
    Qondarma respublikanın rəhbəri öz andiçmə mərasiminin yekunlarına əsasən kəskin antiazərbaycan informasiya kampaniyası aparmağa başladı və hətta Azərbaycan prezidenti İlham Əliyevi açıq şəkildə təhqir etdi. Rəsmi Bakı bu davranışı ədəbsiz hesab etdi və nəticədə cəbhə xəttində vəziyyət yenidən çox gərginləşdi.

    - Koronavirus pandemiyası hadisələrə necə təsir etdi?

    - COVİD-19 pandemiyası Ermənistan-Azərbaycan qarşıdurmasını əhəmiyyətli dərəcədə gücləndirib. Hər iki ölkənin siyasi elitalarında “əhalinin kiçik müharibə vasitəsilə yayındırılması”nın zərurəti haqqında fəal söhbətlər aparılıb ki, bununla yerli əhalinin vətənpərvər yüksəlişinə   səbəb olmaq və milli hökumətlərin koronavirusla mübarizədə qeyri-populyar tədbirləri ilə əlaqədar sosial etiraz ocaqlarını neytrallaşdırmaq mümkün olsun.

    Hər halda, indiki şəraitdə müharibə həm Ermənistan, həm də Azərbaycan üçün xalq səfərbərliyinin əsas motivi və öz siyasi rejimlərinin təhlükəsizliyinə zəmanət kimi nəzərdən keçirilir.

    Yuxarıda deyilənlərdən irəli gələrək, Moskvanın təklif etdiyi danışıqlar prosesi variantı, çətin ki uğurla nəticələnsin. Hər halda, Madrid prinsiplərinin reallaşması (hətta məhdud miqyasda) Türkiyənin mövqeyini möhkəmləndirə bilər ki, bu da münaqişə zonasında qüvvələr balansını Azərbaycanın mövqelərinin gücləndirilməsi istiqamətində pozar.
    Bu arada Moskva hadisələrin bu cür inkişafına hazır deyil. Üstəlik, Ermənistan çox güman ki, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinə israr edəcək ki, bu da Dağlıq Qarabağın statusu və ona bitişik rayonlar haqda istənilən danışıqları şübhə altına alacaq.

    Oxunub: 1 867
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.