MN:
Düşmənin S-300-ü məhv edilib
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib.
"Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək. Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir.
Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.