“Amazon”un ofisində atışma:
Ölən var
ABŞ-ın Florida ştatında “Amazon” paylama mərkəzində naməlum şəxs atəş açıb.
“Tampa Bay Times” qəzeti xəbər verir ki, nəticədə bir qadın ölüb, bir kişi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Polisin verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.
Qadının yerindəcə öldüyü qeyd olunur. Xəstəxanaya aparılan kişinin vəziyyəti məlum deyil.
“Bu, aktiv bir atışma hadisəsi kimi görünmür. Və bu iş yerində şiddət kimi də görünmür”, - deyə polis məmuru bildirib.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: