Bakıda nənəsi ilə bibisini amansızlıqla öldürən gənc tutuldu -
FOTO
Xəbər verdiyimiz kimi, dünən 1985-ci il təvəllüdlü Samir Mustafayev Bakıda nənə və bibisini amansızlıqla qətlə yetirib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Oxu.az Samir Mustafayevin fotosunu əldə edib.
Qeyd edək ki, hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.
Oxunub: 464
Xəbəri paylaş
Paylaş: