Avropa İttifaqı Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək -
Açıqlama
Avropa İttifaqı Şurası oktyabrın 1-2-də Brüsseldə keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Məlumata görə, beynəlxalq gündəlik iclasın ilk günündə yer alacaq.
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bildirib ki, qurum atəşin dərhal dayandırılmasını tələb edəcək.
Onun sözlərinə görə, Ş.Mişel iclas ərəfəsində Azərbaycanın və Ermənistanın rəhbərlikləri ilə telefon vasitəsilə məşvərətlər keçirib./trend
Oxunub: 491
Xəbəri paylaş
Paylaş: