Bu sayt erməni yalanlarını tirajlayır –
Sadəlövh olmayın, ayıq olun! /XƏBƏRDARLIQ
Məlum olduğu kimi, düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atıblar.
Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr, eləcə də saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərlər ictimailəşdirib bizə yalan sırımağa, vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edirlər.
İctimaiyyətin nəzərinə çatdırılır ki, “freeazerbaijan.info” adlı sayt da bu məqsədlə istifadə olunur. Sayt ermənilər tərəfindən yaradılıb və erməni yalanlarını tirajlamaqla məşğuldur. Vətəndaşlarımızdan qeyd olunan saytda paylaşılmış informasiyalara etibar edilməməsi, ciddi qəbul edilməməsi xahiş olunur. Bizim sadəlövh olan vaxtımız deyil, ayıq olun!
Oxunub: 337
Xəbəri paylaş
Paylaş: