Düşmənin 200-dək tankı, 228 artilleriya qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb –
RƏSMİ
“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.
Bu sözləri bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.
Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.
Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində düşmənin 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”./apa
Oxunub: 217
Xəbəri paylaş
Paylaş: