Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • PREZİDENT NAZİRİ QƏBUL ETDİ, MƏMURLARI HƏDƏLƏDİ: "Ən vacibi odur ki, get təmiz işlə, rüşvət alma..."
  • AZƏRBAYCAN PREZİDENTİ CƏBHƏDƏKİ VƏZİYYƏTLƏ BAĞLI XALQA MÜRACİƏT ETDİ: "Əks-həmlə əməliyyatı uğurla davam edir, işğala son qoyulacaq" - TAM MƏTN
  • Paşinyanın baş nazir olandan indiyə qədərki TƏXRİBATLARI
  • Brayza: “Makron Qarabağın Azərbaycan ərazisi olduğunu bilməlidir"

    • Tarix: 2-10-2020, 12:57



    ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza Fransa Prezienti Makronun tamamilə ədalətsiz və qəzəb doğuracaq bəyanatı ilə bağlı APA-ya müsahibə verib.

    Globall.az həmin müsahibəni təqdim edir:

    – Cənab Brayza, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırkı hərbi-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? 

    – Görünür, baş nazir Paşinyan həmsədrlərin və əlbəttə ki, Azərbaycan və Ermənistan liderlərinin müzakirə etdiyi Madrid prinsiplərindən və uzun illərdir müzakirə edilən bütün digər məqamlardan uzaqlaşdığı üçün təzyiqə məruz qalır. O, çox provokativ addımlar atmağa başlamışdı və bunu hamımız bilirik.
    Məsələn, o, “Dağlıq Qarabağ Ermənistandır”, “bizim tamam yeni yanaşmaya ehtiyacımız var” kimi cümlələr işlətmişdi, Madrid prinsiplərinin artıq keçərli olmadığını demişdi. Daha sonra biz qondarma Dağlıq Qarabağ  “prezidentinin” ofisini Şuşaya köçürməsi kimi addımları gördük, onlar “parlamentin” də Şuşaya köçürüləcəyinin elan etdilər.

    Keçmişdə prezident İlham Əliyevlə bu məsələ ilə bağlı uzun müzakirələr aparmış biri kimi deyə bilərəm ki, İlham Əliyevin bir neçə həftə öncə – 15 sentyabrdakı çıxışında da dediyi kimi, bu müzakirələr artıq mənasız idi. Bu isə o anlama gəlir ki, itirilmiş əraziləri geri qaytarmaq Azərbaycanın hökumətinin borcudur.
    Mən dəqiq deyə bilmərəm ki, hərbi əməliyyatları ilk hansı tərəf başlayıb, amma bilirdim ki, hər iki tərəf iyul ayındakı qarşıdurmadan etibarən ağır hərbi texnikanı təmas xəttinə yığırdı. Mənim qənaətim budur ki, davam edən hərbi əməliyyatlarda Azərbaycan bir sıra əraziləri bənzəri görünməmiş şəkildə geri qaytararaq, Ermənistanın Dağlıq Qarabağa tədarükünü potensial olaraq çox çətinləşdirib. Beləliklə, bunlar çox ciddi hərbi nailiyyətlər kimi görünür.  

    – Necə düşünürsünüz, 2016-cı ilin aprel döyüşləri ilə müqayisədə hazırkı hərbi əməliyyatların əsas fərqləri nələrdir?

    – Bu əməliyyatlar daha böyük miqyaslıdır. Ağır silahlardan bənzəri görünməməş bir şəkildə istifadə edilir. Düşünürəm ki, digər fərq PUA-lardan istifadədir. Mən görüntüləri izləmişəm, ona görə də bu dəfə fərqli olduğunu deyə bilərəm. Digər fərqli bir məqam isə budur ki, görünür, Azərbaycan qoşunları əks hücumu davam etdirəcək və deyəsən spesifik məqsədi var. Budəfəki hərbi əməliyyatlar nə qədər davam edəcəyi bilinməyən atışmalardan fərqlidir.

    Əlbəttə, 2016-cı ilin aprelində də önəmli Lələtəpə yüksəkliyini geri almışdı. Amma bu dəfə görünür ki, əməliyyat bir sıra ərazilərin geri qaytarılmasına hədəflənib. Mənim sosial mediada gördüyüm daha bir məqam isə bu idi ki, hərbi təlimləri olmadığını deyən gənc ermənilər şəhərdə gəzişərkən polis tərəfindən toplanılır və birbaşa ön cəbhəyə göndərilirlər.
    Lakin onların heç bir hərbi təlimləri yoxdur, silahları yoxdur, onlar dəhşətə düşmüş görünürlər.

    Bu mənə onu deməyə əsas verir ki, Ermənistan döyüşü davam etdirmək üçün kifayət qədər qüvvəsinin olmamasından narahatdır. Bu da təbii ki, aprel döyüşlərindən fərqli situasiyadır. Sonuncu fərq isə iki amildən ibarətdir.
    Bunlardan birincisi Türkiyənin nümayişkaranə şəkildə Azərbaycanı dəstəkləməsi, digəri isə Rusiyanın neytrallığıdır. 

    – Azərbaycan budəfəki hərbi əməliyyatları sülhə məcburetmə adlandırır. Bununla bağlı nə deyə bilərsiniz?

    – Mənim tam olaraq niyə belə adlandırmasına dair fikrim yoxdur, ola bilsin ona görə belə adlandırılır ki, Azərbaycan xalqı hiss edir ki, həqiqi daxili, uzunmüddətli hərbi-siyasi sülh Azərbaycanın öz ərazilərinin ondan alındığı bir müddətdə və ya başqası tərəfindən işğal edildiyi bir müddətdə heç vaxt mümkün olmayacaq.

    Ola bilsin ki, bu anlamda əməliyyatlar bu cür adlandırılır. Mənim sözlərin istifadəsi, söz seçimi baxımından maraqlı hesab etdiyim digər maraqlı məqamı diqqətinizə çatdırım. Mən bu gün ABŞ Konqresinin erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan üzvlərinin təşəbbüsü ilə hazırlanmış Azərbaycanı qınayan bəyanatını gördüm.

    Bu bəyanatda onlar Azərbaycanı aqressiv adlandırırdılar, amma qeyri-leqal adlandırmırlar. Çünki öz ərazilərini geri qaytarmaq illeqal deyil, məhz qanunla da təsdiq olunan budur – əraziləri geri qaytarmaq.

    – Necə düşünürsünüz hərb meydanındakı uğurları danışıqlar bərpa ediləcəyi təqdirdə Azərbaycanın mövqeyinə necə təsir edəcək? 

    – Bu dəqiqə bu barədə danışmaq mümkün deyil. Çünki Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları Ermənistanı da əks hücum etməyə məcbur edir. Mən düşünürəm ki, Paşinyan Azərbaycan öz ərazilərini tam geri qaytaracağı təqdirdə daha zəif çıxacaq və bilmək olmaz bəlkə də siyasi baxımdan əziyyət çəkəcək. Ona görə də sual budur ki, Ermənistan ordusu nə qədər güclüdür və Rusiya  müdaxilə edərək yardım edəcəkmi?

    Mənim qənaətim budur ki, etməyəcək. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq bilir ki, döyüşlər Azərbaycanın ərazisində aparılır. Ona görə də Azərbaycan, məsələn Füzuli və Cəbrayıl rayonlarını qaytarır və dayanır – əlbəttə ki, bu mənim biləcəyim iş deyil – burada möhkəmlənir, onda bu Azərbaycanın mövqeyində dramatik dəyişiklik yaradacaq.
    Bu zaman Azərbaycanın əlində saxladığı ərazilərinin xəritəsi dəyişir  və bu Azərbaycana danışıqlar zamanı daha güclü mövqe verir. Onu da deyim ki, müzakirələr yenə olacaq. 19-cu əsrin məşhur hərbi siyasi fiqurlarından olan Karl fon Klauzevitsin belə bir deyimi var: “Müharibə siyasətin başqa vasitələrlə davamıdır”.
    Lenin isə bunu tərsinə çevirərək demişdi ki, siyasət müharibənin başqa vasitələrlə davamıdır. Məncə fon Klauzevits haqlıdır. Ona görə də yeni siyasi mərhələ olacaq və hərbi mərhələ sadəcə olaraq danışıqların növbəti raunduna hazırlıqdır. Diplomatiya bu cür işləyir. Güc təhlükəsi reallıqda diplomatik alətdir. 

    – Ötən gün Fransa prezidenti Emmanuel Makron Latviyaya səfəri zamanı belə bir ifadə işlətdi ki, Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən “işğal etməyə” cəsarətləndirir. Minsk Qrupunun həmsədr olan bir ölkənin liderinin belə bir bəyanat verməsini necə şərh edirsiniz?

    – Bu bəyanat şokedici idi. Əvvəlcə, ona görə ki, qeyd etdiyiniz kimi, bunu deyən Minsk Qrupu həmsədri olan ölkənin lideridir. O, leqal vəziyyəti bilməlidir. Leqal olan isə odur ki, bura Azərbaycanın ərazisidir. İkincisi də ona görə ki, o canişin kimi, imperiya dərəbəyi kimi danışdı. Sanki Azərbaycan öz qərarlarını verə bilmir.
    Sanki Azərbaycan əks-hücum üçün suveren qərar qəbul edə bilmir və mütləq Türkiyə tərəfindən cəsarətləndirilməli və ya dəstəklənməlidir. Bu, həqiqətən də təkəbbürlülükdür. Mən düşünmürəm ki, bu doğrudur. Amma mən əminəm ki, Azərbaycanda hamı Türkiyənin dəstəyinə görə sevinir, lakin bilirsiniz ki, Azərbaycan öz qərarlarını özü verə bilir.

    – Yəni siz düşünürsünüz ki, Makron münaqişənin leqal bazasını bilmədən belə bir ifadə işlədib?

    – Mən onu deyirəm ki, onun belə deməsi məni şok etdi, çünki o leqal konteksti bilməli idi. Digər faktor isə budur ki, o, prezident Ərdoğanla bir ildən çoxdur ki, çox mənfur siyasi mübarizəsini davam etdirir.

    Yəqin xatırlayırsınız, prezident Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında ötən ilin avqustunda müzakirələr olmuşdu, Tramp Suriyanın şimalında Türkiyə hərbçilərinin hərəkətinə etiraz etməmişdi. Bu zaman isə Makron bildirdi ki, Türkiyə NATO müttəfiqi kimi davranmır. Makron Ərdoğana bütün Suriya və Liviya savaşları boyunca hücumlar etməkdədir. Bildiyimiz kimi, Liviyada Fransa açıq şəkildə Haftarı dəstəkləyir, Türkiyə isə BMT-nin tanıdığı leqal hökumətin yanındadır. 

    Makronun bəyanatlarına görə məndə təəssüf hissi yaradan digər məqam isə budur ki, Türkiyə yeganə qərb ölkəsi, yeganə ölkədir ki, öz əsgərlərini İdlibdə döyüş meydanına göndərdi və Rusiya və Suriya rejiminin dayandırmaq üçün mübarizə apardı. Beləcə, yəqin ki, yüz minlərlə mülki şəxsin həyatını xilas etdi.
    Bu zaman dronlar və s. da daxil olmaqla çox inteqrasiya olunmuş hərbi taktikalardan istifadə edirdi. Bunun üçün NATO sevinməlidir. Makron bu insanların həyatını xilas etdiyinə görə əslində Türkiyəyə təşəkkür etməlidir. Əvəzində isə siyasi səbəblərə görə Türkiyəyə hücum edir, hazırda isə bu hücumlar Azərbaycana yönəlik şəkildə davam edir. 

    – Cənab Brayza, ortada BMT-nin icra edilməmiş 4 qətnaməsi var. Niyə bu gün heç kim bu qətnamələr barədə danışmaq istəmir?

    – İnsanlar danışırlar. Mən çox sevinirəm ki,  bu gün ilk dəfə “CNN İnternational”da, BBC-də, “Al Jazera”da xəbərlər gördüm və burada Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu deyilirdi, onlar BMT-nin qətnamələri barədə danışırdılar. Əlbəttə, bu qətnamələr haqqında sadəcə danışmaq kifayət deyil, amma bu, bir başlanğıcdır.
    Bu göstərir ki, Azərbaycan indi diplomatiyasında düzgün hərəkət edir və hərbi cəhətdən qədərindən artıq hərəkətlərə yol verməsə, Qərbdə erməni lobbiçiliyi tərəfindən formalaşdırılan ənənəvi birtərəfli baxışı dəyişdirə bilər.

    – Mənim suallarım bitdi. Bu məsələ ilə əlaqədar soruşmadığım amma demək istədiyiniz  başqa bir sözünüz varmı?

    – Mən hamı üçün dua edirəm. Qoy bu döyüşlər tezliklə başa çatsın. Bundan sonra diplomatik fəaliyyətə qayıdılacaq. Ümid edirəm ki, hər iki tərəf 2009-cu ilin yanvarındakı və iyulundakı “Madrid prinsipləri”nə, razılaşmalara qayıtmaq kimi bir müdriklik göstərəcək. Çünki bu yeganə məntiqli həll yoludur. Çünki bütün digər versiyalar yoxlanılıb və ya Azərbaycan, ya da Ermənistan tərəfi üçün məqbul olmayıb. Baş nazir Paşinyan “Madrid prinsipləri”nə geri qayıtmalıdır.

    Səid Babazadə

    Oxunub: 433
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.