Türkiyəli mütəxəsis:
"Talış kəndi geri alındı"
27 sentyabr saat 06:00 radələrində Ermənistanın cəbhə xəttində Azərbaycanın mülki yaşayış məntəqələrinə atəş açması nəticəsində başlayan müharibə davam edir.
Bakupost xəbər verir ki, Terror və Təhlükəsizlik Mütəxəssisi Abdullah Ağar Azərbaycan Ordusunun Talış kəndini işğaldan azad etdiyini açıqlayıb:
"Bir şad xəbər də mən verim. Ağdərənin ən böyük kəndi Talış kəndi bu gün səhər saatlarında geri alınıb və ordu bu istiqamətdə irəliləməyə davam edir".
Ağar həmçinin Ermənistanın əlaqəsi olan terror təşkilatları haqqında da danışıb:
"Ermənistanın PKK/YPG ilə əlaqəsi olduğu sirr deyildi. ASALA terror təşkilatının yox olması ilə birlikdə PKK başladı. Bu baxımdan birləşmiş bir terrordur".
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: