Süleymaninin parçalanmış meyiti barmağındakı üzüyə görə tanınıb - FOTO
Haberler.com-un verdiyi xəbərə görə, Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndis adamları ilə birlikdə İraq aeroportuna Suriyadan, ya da Liviyadan qayıdan Süleymanini qarşılamağa gəlib.
Təyyarəni tərk etdikdən sonra baş verən partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. Onun dəfələrlə bu üzüklə görüntüləndiyi bildirilib.
İranın İraqdakı səfiri İrac Məscidi Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisi ilə bərabər on beş nəfərin də öldüyünü bildirib.

Oxunub: 447
Xəbəri paylaş
Paylaş: