“Azərbaycan ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...”-
Türkiyəli ekspert Başbuğ
Azərbaycan Ordusu əsas və həlledici maneəni aşdı. Bundan sonra Dağlıq Qarabağda irəliləmə daha da sürətlənəcək. Azərbaycan Ordusunun Murov yüksəkliyi, Suqovuşan və Cəbrayılı azad etməsi ilə ön cəbhədə əməliyyat şəraitini ciddi şəkildə öz xeyrinə dəyişdirib.
Türkiyəli hərbi ekspert Coşğun Başbuğun sözlərinə görə, artıq Ermənistan silahlı qüvvələrinin müqaviməti qırılıb: “Əməliyyat planı ustalıqla hazırlanıb və məharətlə həyata keçirilir. Ermənistan ordusunun müqavimətinin qırılması ilə Azərbaycan Ordusu Qarabağda sürətlə irəliləyəcək”.
“Yeni Şafak”ın yazdığına görə, Azərbaycan Ordusunun generaliteti əməliyyat planını uzun “ölç-biç”dən sonra çox ustalıqla hazırlayıb: “Cəbrayıldan xoş xəbərlər eşitdik. Şimal cəbhəsində də uğurlu əməliyyatlar davam edir. Bu gedişlə Kəlbəcər tez bir zamanda mühasirəyə alınacaq. Üstəlik, Ağdərə istiqamətində də üstünlük Azərbaycan Ordusunun tərəfindədir. 5 fərqli cəbhə açılıb.
Bütün bunlar əməliyyatın gedişini birə-beş sürətləndirəcək. Bunlar tarixi türk dövlətlərinin tətbiq etdiyi əməliyyat sistemləridir”.