KTMT Ermənistandakı hərbi təlimi ləğv etdi
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Pozulmaz qardaşlıq 2020” təliminə qatılmaqdan imtina edib.
Bunu KTMT-nin mətbuat katibi Vladimir Zeynatdinov deyib. O, Ermənistanın bu barədə KTMT-ni xəbərdar etdiyini bildirib.
Zeynatdinov, həmçinin oktyabrın sonuna Ermənistanda planlaşdırılan KTMT təliminin də təxirə salındığını deyib. O, hazırda bu təlimin hansı ölkədə keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını söyləyib.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: