Ərdoğan Merkellə Qarabağdakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
Məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilir ki, liderlər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
R.T.Ərdoğan Ermənistanın işğalı altındakı Azərbaycan əraziləri ilə bağlı problemin həlli üçün BMT qətnamələrinin yerinə yetirilməli olduğunu vurğulayıb.
Oxunub: 405
Xəbəri paylaş
Paylaş: