“Biz hər zaman Azərbaycanı dəstəkləmişik”-
Ukrayna XİN
Ukrayna Qarabağda yenidən müharibənin başladığına görə təəssüflənir, vasitəçi kimi çıxış etməyə hazırdır və eyni zamanda istənilən ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü əsaslı şəkildə dəstəkləyir.
Bu barədə ölkənin Xarici İşlər naziri Dmitri Kuleba “BBC”-yə verdiyi müsahibəsində deyib.
“Silahlı münaqişə nəticəsində işğal olunmuş əraziləri olan bir ölkə kimi, əlbəttə ki, hər hansı bir dövlətin ərazi bütövlüyünün tərəfdarıyıq. İstər Ermənistan, istər Azərbaycan, istərsə də başqası olsun, fərqi yoxdur (...). Ukrayna bu mövzuda hər zaman Azərbaycanı dəstəkləyib, Azərbaycan da Ukraynaya dəstək verib, burada hətta danışılası bir şey yoxdur”, - ukraynalı nazir bildirib.
Oxunub: 335
Xəbəri paylaş
Paylaş: