"Orada olduqca çox ölən var:
yaralıları Yerevana daşıyırlar"- Arkadi Tumasov:
Rusiyada yaşayan ermənilər Qarabağda gedən döyüşlərə görə öz aralarında humanitar yardım toplayıblar və onu yaxın vaxtlarda yaralı hərbçilərin daşındığı Yerevan hospitalına çatdırmağa hazırlaşırlar. Bu haqda Rusiya xalqları Assambleyasının ictimai diplomatiya üzrə komitəsinin sədri Arkdadi Tumasov EADaily portalına bildirib.
“Hazırda Moskvada, Krasnodarda, Rostovda dərmanlarla dolu təcili yardım maşınları toplanıb, onlar kalon şəklində Gürcüstan ərazisindən keçib Ermənistana gedəcəklər. Rusiya Erməniləri İttifaqının koordinasiyası ilə müxtəlif erməni diaspor təşkilatları tərəfindən 30-a yaxın təcili yardım maşını alınıb, habelə zəruri tibbi ləvazimatlar, dərman, bint toplanıb”,-o deyib.
Tumasov qeyd edib ki, hazırda Dağlıq Qarabağda və Ermənistanda yaralı hərbçiləri daşımağa təcili yardım maşınları çatmır. “Orada olduqca çox ölən, olduqca çox yaralanan var. Stepanakert (Xankəndi) hospitalı yaralıları qəbul edib çatdırmır və onları Yerevana daşıyırlar”,-o bildirib.