Ordumuz cənub istiqamətindən hücuma keçib! -
Füzulinin azad olunmasına az qalıb!
Azərbaycan Ordusu bu gün günorta saatlarından başlayaraq, cənub istiqamətindən düşmənin üzərinə irimiqyaslı hücuma başlayıb.
Bu barədə çoxsaylı mənbələr xəbər verir.
Bir qədər əvvəl Ermənistanın Müdafiə Nazirliyi də bu hücumla bağlı həyəcan təbili çalıb. Düşmən tərəf həyəcanla bildirir ki, Azərbaycan Ordusu "yüzlərlə ehtiyat texnika və ehtiyat qüvvəni döyüş meydanına yeritməklə”, irimiqyaslı hücuma başlayıb.
Qeyd edək ki, Azərbaycan Ordusu bu istiqamətdə son 2-3 gündə böyük uğurlar əldə edib. Belə ki, 22 kənd və Cəbrayıl şəhəri işğaldan azad olunub. Növbəti hədəf Füzuli və Zəngilan rayonlarıdır.
Azərbaycan xalqı yaxın saatlarda Ali Baş Komandanından növbəti zəfər xəbərlərini gözləyir!
Globall.az
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: