Ermənistan bu gün öldürülən hərbçilərinin sayını açıqladı: 80 nəfər -
CƏMİ ÖLÜ SAYI 320-yə çatdı
Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində sarsıdıcı zərbələrə məruz qalan işğalçı Ermənistan bəzi itkilərini etiraf edib.
Ermənistan müdafiə nazirliyi bu gün bu barədə ikinci dəfə məlumat yayaraq daha 40 hərbi qulluqçunun öldüyünü açıqlayıb. Nazirlik onların siyahısını da dərc edib.
Bununla düşmən tərəfin rəsmən elan etdiyi ölü sayı 320-yə çatıb.
***
Ermənistan müdafiə nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən erməni hərbçilərin sayını açıqlayıb.
Məlumatı “Sputnik Armeniya” yayıb.
Məlumatda Ermənistan tərəfinin daha 40 hərbçisini itirdiyi bildirilir.
Bununla da terrorçu dövlət Azərbaycan Ordusunun ümumilikdə 280 erməni işğalçısını məhv etdiyi etiraf edib.
Müşahidəçilər isə işğalçı ordunun itkilərinin göstərilən rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər. Digər itkilər ictimaiyyətdən gizlədilir.