Düşmənin daha bir hərbçisi əsir götürüldü – FOTO
Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində həyata keçirdiyi anti-terror əməliyyatı davam edir.
Axar.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun hərbiçisi Narek Qarik oğlu Amirzanyan Ordumuz tərəfindən əsir götürülüb.
2001-ci il təvəllüdlü N.Amirzanyan Tavuşda doğulub.
Qeyd edək ki, Tavuşda doğulan N.Amirzanyanın işğal olunmuş ərazilərdə hərbi xidmət keçməsi Ermənistanın “Qarabağ özünümüdafiə ordusu” iddiasını növbəti dəfə alt-üst edir.

Oxunub: 262
Xəbəri paylaş
Paylaş: