Gürcüstanda “Qarabağ Azərbaycandır!” yürüşü keçirilir
Gürcüstanın Qardabani rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər “Qarabağ Azərbaycandır!” adlı yürüş aksiyası keçirirlər.
“Report”un yerli bürosu xəbər verir ki, əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları tutan yürüşçülər Azərbaycana dəstək şüarları səsləndirirlər.Aksiya çərçivəsində avtomobil karvanı da təşkil olunub.
Yürüş “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə davam etdirilir.
Oxunub: 409
Xəbəri paylaş
Paylaş: