Məzahir Pənahov qeydə alınan deputatlığa namizədlərin sayını açıqladı

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.
İclasda Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Beləliklə, seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 20-ə çatıb.
MSK sədri Məzahir Pənahov iclasda deyib ki, ümumilikdə 285 nəfər deputatlığa namizəd qeydə alınıb.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Globall.az
Oxunub: 513
Xəbəri paylaş
Paylaş: