Düşmənin Qubadlıda yerləşdirdiyi "S-300" idarəetmə sistemi məhv edilib -
VİDEO
Azərbaycan ordusu bu gün düşmənin hava hücumundan müdafiə sistemini tamamilə sıradan çıxarmaq üçün daha bir uğurlu zərbə endirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin Qubadlı ərazisində, dağların üstündə yerləşdirilmiş S-300 zenit-raket kompleksi diviziyonunun idarəetmə və radar qurğusu kamikadze-dronla məhv edilib. Nəticədə bütün zenit-raket diviziyonu sıradan çıxıb və fəaliyyətsiz qalıb.
Bundan əvvəl ordumuz düşmənin hava hücumundan bütün müdafiə sistemini yönəldən mobil radiolokasiya stansiyası məhv edilmişdi.
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: