“Danışıqlar Azərbaycanın və Türkiyənin təhlükəsizlik maraqlarına ziddir”-
Politoloq
“Bir və ya iki gündən çox çəkə bilən atəşkəs və həmsədlərin vasitəçilyi ilə “substantiv” danışıqlar Azərbaycanın və Türkiyənin təhlükəsizlik maraqlarına ziddir. Bundan başqa Moskva razılaşmasının uzun çəkməsi Prezident İlham Əliyevin son günlər verdiyi qətiyyətli açıqlamalara zidd olardı”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, düşmən atəşkəsdən istifadə edib döyüş mövqelərini və istehkamlarını gücləndirə və Dağlıq Qarabağa yeni hərbi texnika daşıya bilər:
“Biz döyüş meydanında ona görə şəhid verib torpaqları azad etmirik ki, yenidən Moskvanın, İrəvanın və həmsədrlərin oyununa gedək. Azərbaycan Ordusu irəriləməlidir, başqa alternativimiz yoxdur, üstəgəl Azərbaycanı Prezidentinin səsləndirdiyi şərt də yerinə yetirilməlidir: “Gələcək danışıqlarda Türkiyə də iştirak etməlidir”. Bundan sonra Moskvanın birtərəfli vasitəçilyini qəbul etməməliyik”.