Aİ Prezidenti Ermənistan və Azərbaycana çağırış etdi:
"Atəşkəs gərginliyin azaldılması üçün atılan vacib addımdır"
Avropa İttifaqının Prezidenti Şarl Mişel Dağlıq Qarabağdakı münaqişə tərəflərini humanitar atəşkəsə dair razılaşmalara əməl etməyə və danışıqları ilkin şərtlər olmadan bərpa etməyə çağırıb.
Globall.az xəbər verir ki, bu barədə o, Twitter-dəki hesabında yazıb.
Bildirib ki, Ermənistanla Azərbaycan arasındakı humanitar atəşkəs gərginliyin azaldılması istiqamətində atılan vacib addımdır: “Daha çox şiddətə yol verməmək və mülki insanlara təhlükə yaratmamaq üçün tərəfləri atəşkəsə əməl etməyə çağırıram”.
Oxunub: 382
Xəbəri paylaş
Paylaş: