“Azərbaycan humanitar atəşkəsə tam əməl edir, Hadrut istiqamətində döyüş aparmır...”-
Müdafiə Nazirliyi
Az əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun cəbhənin Hadrut istiqamətində “böyük qüvvə ilə hücuma keçdiyi” barədə məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edir və bildirir:
- Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: