Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz!"- "Torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik" /MÜSAHİBƏ
  • "ATƏŞKƏSİN ŞƏRTİ BELƏ OLMALIDIR: ONLAR ƏRAZİLƏRDƏN ÇIXMALIDIRLAR!"- İlham Əliyevin “Əl-Cəzirə” televiziyasına müsahibəsi
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • “RUSİYANIN TELEKANALLARINDA AZƏRBAYCAN XALQI, PREZİDENTİ TƏHQİR EDİLƏNDƏ...”- “Türkiyə dünyada öz şərtlərini diktə edir” /Müsahibə
  • "ERMƏNİSTANIN NƏFƏS ALMASINA İMKAN VERMƏK OLMAZ!"- Vahid Əhmədov

    • Tarix: 13-10-2020, 09:40



    Vahid Əhmədov: "Bu müharibənin əsas dönüş nöqtəsi Suqovuşan oldu. Suqovuşanı aldıqdan sonra erməni ordusu müharibəni uduzduğunu başa düşdü"

    Azərbaycanın sentyabrın 27-dən etibarən başladığı Böyük Vətən müharibəsinin gedişatında fərqli proseslər müşahidə olunmaqdadır. Müsbət məqam odur ki, müharibə Azərbaycanın maraqlarına uyğun olaraq davam edir.
    Belə bir mərhələdə bizi nələr gözləyir, müharibənin gedişatı necə olacaq?
    Bu Milli Məclisin deputatı Vahid Əhmədov Musavat.com-a müsahibəsində bu suallar ətrafında danışıb. Müsahibəni təqdim edirik:

    - Vahid müəllim, Ermənistan bir daha sübut etdi ki, bu ölkə ilə nə danışıqlar, nə də atəşkəs mümkün olmayacaq. Son hadisələrlə bağlı nə deyərdiniz?

    - Atəşkəsə gediləndə mən o qədər də inanmırdım ki, Ermənistan buna riayət edər. Ötən 26 ildə atəşkəsi hər zaman Ermənistan pozub, Azərbaycan bir dəfə də atəşkəsi pozmayıb. Ona görə də, bu dəfə də Ermənistan eyni cür davrandı. Onlar iyulda da atəşkəsi pozdular, kəndlərə hücum etdilər,

    27 sentyabrda da təxribat etdilər. Ümumiyyətlə, ermənilər özləri öz dövlətlərini idarə etmirlər. Bu dövlət faktiki olaraq, Rusiyanın bir əyalətidir.
    Fikir verirsinizsə, ötən gün dövlət başçısı İlham Əliyev də dedi ki, Rusiya Ermənistana kifayət qədər silah-sursat verir, hər cür yardım edir, elektrik enerjisi, qaz verir, sərhədlərini qoruyur. 

    Faktiki olaraq, Ermənistan Rusiyanın bir əyalətidir. Son bir neçə gündə hər gün Fövqəladə Hallar Nazirliyinin təyyarələri oraya gəlib-gedir, silah-sursat daşıyırlar. Biz faktiki olaraq, Ermənistanla yox, bir neçə dövlətlə müharibə aparırıq. Cənab prezident yenə humanist addım ataraq atəşkəsə gedilməsinə icazə verdi.

    Bu onlar üçün çox böyük şans idi. Onlar bu şansdan istifadə edib Gəncəni vurdular, dünən gecə Tərtər və Ağdamı vurublar. Gəncədəki hadisə çox ağır hadisədir, Xocalı soyqırımına bərabər hadisədir. 40-a yaxın insanın yaralanması, 9 nəfərin ölümü çox ağırdır. 

    Ermənilər öz köhnə əməllərindən əl çəkmirlər və çəkən deyillər. Ona görə də, yeganə çıxış yolu müharibədir. Cənab prezident “Haber Global”a müsahibəsində də dedi ki, biz onlara şans verdik, onlar bu şansdan bizim əleyhimizə istifadə etdilər. Dinc əhalini qırdılar. 
    Onların xisləti budur, çünki müharibəni uduzduqlarını görürlər. Azərbaycan torpaqlarını azad etməkdə israrlıdır, hamı bir nəfər kimi dövlət başçısı İlham Əliyevi müdafiə edir.

    Heç kim tərəddüd etmir. Onlar ortalığı qarışdırmaq üçün Bərdəni, Gəncəni vurmağa çalışırlar. Bununla, başqa dövlətləri müharibəyə qoşmaq, əhatə dairəsini genişləndirmək fikrindədirlər. Əsas məsələ budur. Əlbəttə, biz buna gedən deyilik. Beynəlxalq aləmdə bu məsələyə baxılmalıdır. Dinc əhalinin öldürülməsi, onların yaşadığı yerlərə raket atılması, insanları qırmaq nə deməkdir?

    Bu silahların hamısı Rusiyadan gəlib, hamısı bahalı bombalardır. O səbəbdən ermənilərlə danışığa getmək mənasızdır. Burada Rusiyanın da günahı var. Əgər atəşkəslə bağlı çağırışı Rusiya edirsə, o zaman onlar atəşkəsə cavabdeh olmalı idilər. Niyə indi öz mövqelərini bildirmir, Ermənistanı tənqid etmirlər. 
    Əksinə, Ermənistanın xarici işlər naziri yenidən Lavrovun – öz qohumunun yanına qaçıb ki, görək Moskva nə deyir? Burada bizim bir məqsədimiz var – Azərbaycanın torpaqlarını işğaldan azad etmək. Daha dünya nə deyəcək, beynəlxalq güclər nə deyəcək məsələsinə baxmaq lazım deyil. Prezident də dedi ki, artıq nə status-kvo , nə də təmas xətti yoxdur, bunlar dağılıb. Orada sonradan hansı siyasi qərarların qəbul ediləcəyi sonrakı məsələdir.
    Biz dövlət olaraq öz torpaqlarımızı geri qaytarmalıyıq, bizim dediyimiz qəbul olunmalıdır. Dövlət başçısının arxasında da bütün millət, xalq dayanıb. Ona görə də, bizdə heç bir problem ola bilməz. 

    - Xalq demişkən, Azərbaycan Böyük Vətən müharibəsində ikən cəmiyyətin hazırkı ruhunu, duruşunu necə qiymətləndirirsiniz?

    - Cəmiyyətdə çox yüksək əhval-ruhiyyə var. Son illərdə mən bu dərəcədə ruh yüksəkliyi və milli birlik görməmişdim. İstər siyasi rəqiblər, istər siyasi partiyalar, istərsə də cəmiyyət- hamı eyni mövqedədir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etməlidir. Hamı cənab prezident, Ali Baş Komandanın ətrafında sıx birləşməlidir, ona yardımçı olmalıdır.
    Bu, hər yerdə müşahidə olunmaqdadır, istər rayonda, istər şəhərdə. Ermənilər müəyyən saytlarında irqi söhbətləri qabardırlar, guya qeyri-türk olan azərbaycanlılar müharibəyə getmirlər. Bu yalan söhbətdir. Mən sentyabrın 27-dən sonra savaş gedən rayonların hamısında olmuşam. İstər ləzgilər, istər tatlar, istər yəhudilər, istərsə də digər millətlərin nümayəndələri - hamı bir nəfər kimi Qarabağ üçün vuruşmağa hazırdır. 
    Son vaxtlar vətən müharibəsində müəyyən uğurlar, qələbələr qazanıldı. Yəqin ki, növbəti günlərdə yeni qələbələrin şahidi olacağıq. Mən hesab edirəm ki, müharibənin artıq ən çətin mərhələsi geridə qalıb. Çünki düşmən artıq qaçmağa başlayıb, texnikanı qoyub qaçırlar, Ermənistan vətəndaşları orduda xidmət etmək istəmirlər. Suriyadan, Livandan , Yunanıstandan gətirilmiş muzdlu insanlar var ki, onlar bunkerlərdə vuruşurlar, çalışırlar ki, aldıqları vəsaitin əvəzini verə bilsinlər. 

    Azərbaycan ordusu ilə bağlı çoxlu qarayaxmalar var ki, onların heç biri qəbul olunan deyil. Azərbaycanın son vaxtlar apardığı siyasət çox yüksək səviyyədə tətbiq olundu. Bu siyasət bütün dünyaya çatdrıldı. Ali Baş Komandanın xarici kanallara verdiyi müsahibədə dövlət başçısı açıq-aydın öz mövqeyini bildirdi. O cümlədən, yaxşı bir misal da gətirdi ki, müharibənin ən yaxşı cəhəti bizə dostumuzu və düşmənimizi tanıtmasıdır. Doğrudan da belə oldu, Azərbaycanı müdafiə edən dövlətlər üzə çıxdı, Azərbaycanın əleyhinə olan dövlətlər də bu müharibədə bilindi. Ruh yüksəkliyi çox böyükdür.

    - Hansı mərhələdən sonra, sizdə müharibənin nəticəsi ilə bağlı əminlik yarandı? 

    - Mən hesab edirəm ki, bu müharibənin əsas dönüş nöqtəsi Suqovuşan oldu. Suqovuşanı aldıq, orada ermənilərin çox ciddi istehkamları, yeraltı tunelləri, böyük anbarları və ehtiyatları var idi. Suqovuşanı aldıqdan sonra erməni ordusu müharibəni uduzduğunu başa düşdü. Əslində, erməni ordusu da demək olmaz, heç orada ordu da yoxdur. Qonşu dövlətlərin münasibəti, İran prezidentinin “Azərbaycan dostumuz, Ermənistan isə qonşumuzdur” deməsi onu göstərdi ki, Vətən Müharibəsi Azərbaycanın xeyrinə qurtaracaq. 

    - Sizcə, müharibə tam olaraq Dağlıq Qarabağ probleminin köklü həlli ilə yekunlaşacaqmı?

    - Mən diqqət edirəm, müəyyən danışıqlar prosesi gedir. Cenevrədə bu cür danışıqlar oldu, daha sonra Moskvada oldu. Xarici işlər nazirləri görüşdü. Bu müharibədə atəşkəsin elan olunması üçün Azərbaycan bütün torpaqlarını azad etməlidir. Ondan sonra hansısa müqavilədən söhbət gedə bilər. Bu müqavilə təkcə ATƏT-in Minsk qrupunun və Rusiyanın iştirakı ilə deyil, həm də Türkiyənin iştirakı ilə baş tutmalıdır. Ermənistana vaxt vermək olmaz, nəfəs almasına imkan yaratmaq olmaz, onlar bunu texnika və xaricdən muzdlu döyüşçülərin gətirilməsi üçün istifadə edəcəklər. Bütün torpaqlarımızdan çıxsınlar, biz sərhədlərimizi qoyaq, ondan sonra digər məsələlər öz həllini tapacaq. 

    - Vahid müəllim, hər zaman terrorçuluqla mübarizədən danışan dövlətlər indi Ermənistanın Cənubi Qafqazı terror yuvasına çevirməsinə göz yumurlar. Bunun səbəbi nədir?

    - Biz bu dövlətlərin iç üzünü onsuz da bilirdik. Türkiyənin dostluğu da məlum idi. Qardaş ölkənin istər prezidenti, istər xarici işlər naziri açıq-aşkar Azərbaycanı müdafiə etdilər və bu gün də müdafiə edirlər. Qeyd edirlər ki, Azərbaycan öz torpaqlarını son qarışına qədər azad etməlidir. Pakistan, Əfqanıstan, Macarıstan və digər dövlətlər də dəstək verdilər. Fransa kimi dövlətlər isə Azərbaycanı masa arxasında oturmağa vadar etmək istəyirlər. Ancaq cənab prezident şərtləri deyib. Hamımız eyni fikirdəyik ki, Ermənistanla atəşkəsə getmək olmaz. Azərbaycan ordusu qalib ordudur. Torpaqlarımızı axıra qədər azad etdikdən sonra bu məsələlərə qayıtmaq olar. 

    - Sizcə müharibədən sonra, Dağlıq Qarabağın statusu və orada birgəyaşayış məsələsi necə olacaq?

    - Hələ birinci baxmalıyıq ki, ermənilərdən orada qalan olacaqmı. Bəlkə ermənilər tamamilə köçüb getdilər və Qarabağ da adi rayonlar, şəhərlər kimi Azərbaycanın tərkibinə qatıldı. Lakin ermənilərə heç zaman inanmaq olmaz. Hərbçilərimizin əsir tutduğu erməni qadına burada mətbuat konfransı keçirildi. Orada dedi ki, mağazada işləyirmiş və ermənilər onu atıb gediblər. Halbuki sonradan məlum oldu ki, o, hərbidə tibb bacısı işləyirmiş. 

    - Ermənistan sanki Azərbaycanı təhrik edir ki, müharibə Dağlıq Qarabağdan kənara çıxsın və biz də Ermənistan ərazilərini bombalayaq? Bununla bağlı daxildən çağırışlar da var. Nəticəsi necə ola bilər?

    - Ermənistan müharibənin əhatə dairəsini genişləndirmək istəyir. İstəyirlər ki, onlar bizim ərazilərimizə raket atdığı kimi, biz də Ermənistanın ərazisinə ataq, daha sonra burada müharibə böyüsün. Rusiya , Türkiyə və digər dövlətlər də bu müharibəyə qarışsınlar, burada böyük bir həngamə yaratsınlar. Bu mümkün olan məsələ deyil. 
    Müharibə Azərbaycanın üstünlüyü ilə gedir. Yəqin ki, yaxın zamanda azad olunmuş ərazilərdə dövlət başçısı tərəfindən bayraqlar sancılacaq. Ona görə də, erməni təxribatlarına uymaq lazım deyil. Dünya ictimaiyyəti guya heç nə olmamış kimi davranır. Beynəlxalq təşkilatlar da susur.
    Hətta İnsan Hüquqları Məhkəməsi dünən insan hüquqlarının qorunması ilə bağlı bəyanat verdi. Bəs 30 ildir harada idilər, məgər xəbərləri yox idimi baş verənlərdən? Bunlar boş şeylərdir. İnanıram ki, ordumuz qalib ordu olacaq və Azərbaycan prezidenti bayraqları Şuşaya , Xankəndinə sancacaq. 

    - Dağlıq Qarabağın azad olunması iqtisadi baxımdan Azərbaycan üçün nə deməkdir? 

    - Çox böyük əhəmiyyəti var. Diqqət edirsinizsə, bir neçə gündür Suqovuşanın azad olunması ilə bağlı rayonların su ilə təminatında necə irəliləyiş oldu, problemlər aradan qalxdı. Bu, həm də həmin bölgələrdə kənd təsərrüfatının inkişafı deməkdir. Bu rayonlar turizm baxımından kifayət qədər əhəmiyyətlidir. Mənzərəsi gözəl, dağ-meşə, çayları var. Azərbaycan dövlətinin kifayət qədər valyuta ehtiyatı var, bu rayonların infrastrukturunu tikib düzəldəcək. Bunun Azərbaycan iqtisadiyyatına böyük təsiri olacaq. 

    - Bəs, dəymiş iqtisadi ziyan?

    - Bildiyiniz kimi, baş prokurorun rəhbərliyi altında xüsusi istintaq qrupu yaradılıb. O vurulan şəhərlər və rayonlarla bağlı araşdırmalar aparılır, cinayət işləri qaldırılır, istintaq aparılır. Bizə dəyən ziyanın hamısı araşdırılır və gələcəkdə bununla bağlı beynəlxalq məhkəmə çəkişmələri olacaq. 30 ildə bizə nə qədər ziyan dəyibsə bunlar hamısı beynəlxalq məhkəmədə araşdırılmalıdır.

    Oxunub: 359
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.