Nikolun paylaşımı Tiflisi silkələyir: "Savaş Gürcüstana gələcək…"
Gürcüstanda təcili şəkildə ABŞ-ın hərbi və hərbi dəniz bazası açılmalı və nüvə kosmik silahı yerləşdirilməlidir.
Bunu Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili deyib. O, bunun Gürcüstanın suverenliyi və azadlığının geosiyasi çağırışlara qurban verilməməsi üçün gərəkli olduğunu bildirib:
“Qarabağ müharibəsi bir daha göstərdi ki, regionumuzdakı geosiyasi çağırışlar uzun zaman davam edəcək və gözəl günlərin birində gürcü dövlətçiliyi qurban veriləcək. Bu situasiyadan çıxış var, o da Gürcüstanda ABŞ hərbi bazalarının dərhal açılmasıdır.
Əks təqdirdə Qarabağ müharibəsi bir gün buraya gələcək. Biz regional partlayışın qurbanı olacağıq. Biz gərək bu çağırışlara adekvat reaksiya verək”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Samtsxe-Cavaxetiyadan olan fotonu “Cavaxk” (ermənilər bu adla Gürcüstan torpağına iddia edir) adı ilə paylaşmasını Gürcüstan ciddi separatizm təhdidi kimi qəbul edib./axar.az
Oxunub: 411
Xəbəri paylaş
Paylaş: