Haftarın dəstəsi Liviyada növbəti qətliam törədib -
23 kursant qətlə yetrilib
Tripoli Hərbi Məktəbi hava hücumuna məruz qalıb. Hücum özünü Liviya milli ordusunun komandanı kimi təqdim edən, əslində isə bir qrup terrorçuya başçılıq edən Xəlifə Haftar tərəfindən reallaşdırılıb.
Hücum nəticəsində 23 kursant həlak olub, onlarla insan yaralanıb.
Eyni zamanda "Əl-Cəzirə" telekanalı 28 nəfərin ölməsi barədə xəbər verib.
Bildirilib ki, məktəb Tripolinin cənubunda Fayz Sarrajın başçılığı ilə Milli Razılıq Hökuməti tərəfindən nəzarət olunan Əl-Hadba əl-Hadra rayonunda yerləşir.
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: