Sahibkarlara 90 milyon manat biznes krediti ayrılıb
Sahibkarlara 90 milyon manat həcmində biznes krediti ayrılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən 13 oktyabr tarixinədək kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes krediti üçün 3000-dək müraciət qeydiyyata alınıb.
Artıq 346 müraciət üzrə ümumi həcmi 90 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib.
Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: