Ağ Evin qarşısında düşmən təcavüzünə etiraz aksiyası -
FOTO
Amerikada yaşayan azərbaycanlılar və türklər ölkəmizə dəstək məqsədilə Vaşinqtonda Ağ Evin qarşısında aksiya keçiriblər.
Azərbaycan və Türkiyə bayraqlarına bürünən 200-ə yaxın aksiya iştirakçıları ABŞ rəhbərliyini Azərbaycanın mülki şəxslərinə qarşı törədilən cinayətlərə son qoyulması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
Aksiyada Ermənistanın işğalçı hərəkətlərini pisləyən plakatlar, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən şüarlar səsləndirilib. Həmçinin, aksiyada «Qarabağ Azərbaycandır», «Gəncə üçün dua edin», «Ermənistanın mülki əhaliyə hücumunu dayandırın» yazılmış plakatlar qaldırılıb.
Eyni zamanda, Ağ Evdən sonra Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısına toplaşan aksiya iştirakçıları qardaş dövlətin Azərbaycana göstərdiyi dəstəyinə görə minnətdarlıqlarını bildiriən şüarlar səsləndiriblər.
İ.Rafiqqızı