"Kommersant" Azərbaycan ordusunda muzdluların döyüşmədiyini təsdiqlədi...
Azərbaycanın İranla sərhədi boyu cəbhəyanı ərazilərə baş çəkərək Cocuq Mərcanlı kəndinədək gedən Rusiyanın məşhur “Kommersant” nəşrinin əməkdaşı Kiril Krivoşeyev Milli Ordumuza guya suriyalı muzdlular tərəfindən dəstək verilməsi barədə deyilənlərin ermənilərin dezinformasiyası olduğunu təsdiqləyib.
“Yollar boyunca arxasında hərbçilər olan pikap avtomobillər hərəkət edir... Lakin bizə izah etdilər ki, bunlar Azərbaycan sərhədçiləridir... Burada bütün yaşayış məntəqələri Araz çayı üzərindədir və onun hüdudlarından kənarda – İrandır... Pikaplarda olan kişilər eyni tünd yaşıl forma geyinirlər...
Erməni hərbi xəbər saytı Razm.info yazır ki, guya suriyalı muzdlular özlərini sərhəd gözətçisi kimi təqdim edirlər. Ancaq bu müharibədə bir neçə gün keçirdikdən sonra anlamağa başlayırsan ki, maşınlar arxasında dəzgah pulemyotla vuruşmaq üçün burada heç bir şərait yoxdur, çünki bütün işlər artilleriya tərəfindən həll edilir...” -deyə Rusiya jurnalisti Azərbaycan ordusunda xarici muzdluların döyüşməsi haqdakı mifi məntiqlə təkzib edir.