“Savaş Ermənistan iqtisadiyyatına 2 milyard dollar ziyan vurub”- “Ən pisi hələ qabaqdadır”
Vüqar Bayramov: “Ermənistan iqtisadiyyatını elə bir böhran gözləyir ki...”
Ölkə başçısı İlham Əliyev xarici mediaya açıqlamasında Azərbaycanın sadəcə Türkiyədən əldə etdiyi dronlar sayəsində düşmənin 1 milyard dollar məbləğindəki hərbi texnikasını sıradan çıxardığını bildirib.
Maraqlıdır, Ermənistanın mövcud iqtisadi durumu ona bu itkiləri hansısa formada kompensasiya etməyə imkan verirmi?
Bu barədə mediaya açıqlama verən iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Ermənistan iqtisadiyyatının bu potensiala malik olmadığını qeyd edib:
Bu barədə mediaya açıqlama verən iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Ermənistan iqtisadiyyatının bu potensiala malik olmadığını qeyd edib:
“Müharibədən sonrakı dövrdə Ermənistanda ciddi tənəzzül olacaq. Nəzərə alaq ki, artıq beynəlxalq qiymətləndirici şirkətlər, o cümlədən “Fiç” agentliyi Ermənistana kredit limitinin azaldılması ilə bağlı qərar qəbul edib. Bu da təbii ki, Ermənistanda yeni böhran dalğasının baş qaldıracağı ilə bağlı ciddi bir mesajdır.
Işğalçı ölkənin iqtisadi potensialı kifayət qədər zəifdir. 2 milyard dollardan az valyuta ehtiyatı olan Ermənistanın bu gün öz valyuta ehtiyatlarından 4 dəfə çox xarici borcu var. Ermənistanın xarici borc öhdəlikləri də artıb. Müharibə Ermənistan üçün ciddi xərc deməkdir. Ermənistan 1 milyard dollardan çox dəyəri olan hərbi texnika itirib.
Savaş Ermənistan iqtisadiyyatına 2 milyard dollar ziyan vurub. Bu ziyan Ermənistanın valyuta ehtiyatları qədərdir.
Bu ilin I yarısında Ermənistanda iqtisadiyyat 5,7% azalıb. Bu da cidid bir rəqəmdir. Həm 2020-ci ilin geridə qalan aylarında, eyni zamanda savaşın davam etdiyi hazırkı şəraitdə Ermənistan iqtisadiyyatını ciddi böhran gözləyir.
Ermənistanın mövcud potensialı savaş və pis idarəetmə nəticəsində yaranan itkiləri kompensasiya etmək imkanına malik deyil. Müharibədən sonra Ermənistan iqtisadiyyatında ciddi böhran müşahidə olunacaq. Söhbət elə bir böhrandan gedir ki, Ermənistan nəinki yaxın aylarda, hətta yaxın illərdə belə bu böhranı aradan qaldırmaq potensialına malik olmayacaq”.
Globall.az
Oxunub: 643
Xəbəri paylaş
Paylaş: