"Füzuli rayonundan çox yaxşı xəbərlər gözləyirik”-
"Strateji yüksəkliklər bizim nəzarətimizdədir"
“Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik”.
Bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə Prezident İlham Əliyev bildirib.
"Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük bir ərazini nəzarət altına almaqdır” - deyə, İlham Əliyev bildirib.
“Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.
“Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcək. Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq.
Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib və Cəbrayıl şəhərinin kəndlərinin böyük qismi artıq bizdədir”, - ölkə başçısı vurğulayıb.
“Ermənistan öz təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır. Çünki qan tökülməsin və bundan sonra sülh yolları ilə bu məsələ həll edilsin”, - deyə Prezident İlham Əliyev bildirib.
Çox böyük jest etdik vasitəçilərə. Çünki bilirsiniz ki, ilk günlərdən atəşkəslə bağlı bizə müxtəlif yerlərdən mesajlar gəlirdi. Təbii ki, müharibənin öz qaydaları var, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən.
Bildiyiniz kimi, təşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istqamətində çox önəmli addımlar atdıq. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə etmək üçün, bunu istismar etmək üçün bizə yeni hücumlar sərgilədi”. - deyə Prezident İlham Əliyev bildirib.