Türkiyə MN:
"Ermənistanın cinayətlərinə artıq “Dur!” deyilməlidir"
“Ermənistanın törətdiyi müharibə və insanlıq cinayətlərini bütün dünyaya çatdırmaq üçün səylərimizi əsirgəməyəcəyik”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsindəki paylaşımda bildirilib.
Paylaşımda qeyd edilib ki, yaşayış yerlərini hədəf alan, kasetli bomba və fosfor bombası istifadə edən Ermənistan indi də qəbiristanlıqda dəfn zamanı mülki şəxsləri vurub: “Ermənistanın caniliklərinə artıq “Dur!” deyilməlidir”./apa
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: